242) “Titubasiya” nədir?
A) Başın, ətrafların proksimal nahiyyələrinin və gövdənin beyincik zədələnmələri üçün səciyyəvi olan aşağı tezlikli postural tremoru
B) Tiklərin növlərindən biri
C) Demensiyanın növü
D) Afaziyanın növü
E) Epileptik tutmanın növü
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.2 / Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО ‘Издательство ‘Медицина’, 2005, стр. 109
243) “Tortikollis” nədir?
A) Başın qeyri-iradi geriyə qatlanılması
B) Başın qeyri-iradi irəli əyilməsi
C) Başın qeyri-iradi çiyinə doğru əyilməsi
D) Başın qeyri-iradi olaraq irəli-geri hərəkəti
E) Başın qeyri-iradi kənara dönməsi
Ədəbiyyat: Дифференциальная диагностика нервных болезней: Руководство для врачей / Под редакцией Г.А.Акимова и М.М. Одинака.- Изд. 2-е, испр. и дополн.,2001,стр. 99
244) Aşağıda sadalananlardan hansı huşun (şüurun) itməsi ilə müşayiət olunmur?
A) Generalizə olunmuş epileptik tutma
B) Drop-həmlə
C) Kəllə-beyin travması- baş beynin əzilməsi
D) Baş beynin qlobal işemiyası
E) Bayılma
Ədəbiyyat: Дифференциальная диагностика нервных болезней: Руководство для врачей / Под редакцией Г.А.Акимова и М.М. Одинака.- Изд. 2-е, испр. и дополн.,2001,стр. 418
Dostları ilə paylaş: |