Nevrologiya


) Aşağıda sadalananlardan hansı patologiyanın klinik şəklində bulbar sindromu müşahidə olunmur?



Yüklə 1,33 Mb.
səhifə81/351
tarix01.01.2022
ölçüsü1,33 Mb.
#105493
1   ...   77   78   79   80   81   82   83   84   ...   351
249) Aşağıda sadalananlardan hansı patologiyanın klinik şəklində bulbar sindromu müşahidə olunmur?

A) Verdniq-Hoffmann bədxassəli spinal amiotrofiyası

B) Poliomielit

C) Botulizm

D) Giyyen-Barre sindromu

E) Landau-Kleffner sindromu (uşaq dövrünün qazanılmış afaziyası)


Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.2 / Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО ‘Издательство ‘Медицина’, 2005, стр. 228

250) İnternuklear oftalmoplegiya aşağıda sadalananlardan hansı patologiya zamanı meydana çıxa bilir?

A) Miasteniya (myasthenia gravis)

B) Gözün hərəki sinirinin mononeyropatiyası

C) Dağınıq skleroz

D) Botulizm

E) Yuxarı göz yarığı nahiyyəsində şiş


Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО ‘Издательство ‘Медицина’, 2005, стр. 449

251) Aşağıda sadalananlardan nə dəhliz-ibliz sinirinin vestibulyar hissəsinin (pars vestibularis) zədələnməsi zamanı qeydə alınmır?

A) Nistaqm

B) İntension tremor

C) Vegetativ pozulmalar (qusma, tərləmə və s.)

D) Ataksiya

E) Başgicəllənmə


Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.2 / Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО ‘Издательство ‘Медицина’, 2005, стр. 106

252) Pasientin üzünün yarısında bədən hərarətinin artması fonunda yaranan mimiki əzələlərin iflici qeydə alınır. Həmin tərəfdə xarici qulaq keçəcəyində, qulaq seyvanında vezikulyoz səpgilər müşahidə olunur. Həmin tərəfdən eşitmə qabiliyyətinin enməsi də vardır. Üzün hissi innervasiyasında pozulma müşahidə olunmur. Piramid çatışmazlığının əlamətləri yoxdur. Ən çox güman edilən diaqnoz nədir?

A) Tolosa-Xant sindromu

B) Körpü-beyincik bucağının şişi

C) Beyin kötüyü nahiyyəsində qan dövranının kəskin pozulması

D) Dizcik düyününün herpetik qanqlioniti (Ramsey-Xant sindromu)

E) Üz sinirinin idiopatik neyropatiyası (Bell iflici)


Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / Под редакцией Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО ‘Издательство ‘Медицина’, 2005, стр. 539

253) Üzün bir yarısında mimiki əzələlərinin iflici aşağıda sadalananlardan hansı patologiya zamanı yarana bilir?

A) Yalnız dizcik düyününün herpetik qanqlioniti

B) Sadalananların hamısı

C) Yalnız körpü-beyincik bucağının şişi

D) Yalnız sarkoidoz

E) Yalnız gicgah sümüyü piramidinin sınığı


Ədəbiyyat: Дифференциальная диагностика нервных болезней: Руководство для врачей / Под редакцией Г.А.Акимова и М.М. Одинака.- Изд. 2-е, испр. и дополн.,2001,стр. 59



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   351




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin