291) Aşağıda sadalananlardan hansı preparat benzodiazepin trankvilizatorlar ilə intoksikasiya zamanı tətbiq edilir (benzodiazepinlərin spesifik antidotudur)?
A) Ringer məhlulu
B) Hemodez
C) Nalokson
D) Flumazenil
E) Vit B1
Ədəbiyyat: Харкевич Д.А., Фармакология: Учебник.- 6-е изд., перераб. и доп. - М., 227
292) Aşağıda sadalananlardan hansı preparatın qəbulu amenoreya-qalaktoreya sindromunun meydana çıxması ilə nəticələnə bilir?
A) Fenazepam
B) Karbamazepin
C) Sulpirid (eqlonil)
D) Fluoksetin (prozak,prodep)
E) Sertralin (zoloft)
Ədəbiyyat: Машковский М.Д.,Лекарственные средства: В 2-х т. Т.1. - 14-е изд., перераб., испр. и доп. - М.,2000, стр. 73
293) Aşağıda sadalananlardan hansı preparat miorelaksantlar (antispastik preparatlar) qrupuna aid deyil?
A) Tolperizon (midokalm)
B) Dantrolen
C) Tizanidin (sirdalud)
D) Flumazenil
E) Baklofen
Ədəbiyyat: Машковский М.Д.,Лекарственные средства: В 2-х т. Т.1. - 14-е изд., перераб., испр. и доп. - М.,2000, стр. 50
Харкевич Д.А., Фармакология: Учебник.- 6-е изд., перераб. и доп. - М., 1999, стр. 174
294) Aşağıda sadalananlardan hansı preparat benzodiazepin reseptorların aqonistlərinə aiddir?
A) Fenobarbital
B) Etaminal-natrium
C) Dimedrol
D) Flumazenil
E) Lorazepam
Ədəbiyyat: Харкевич Д.А., Фармакология: Учебник.- 6-е изд., перераб. и доп. - М., 1999, стр. 170
Dostları ilə paylaş: |