Resepturaya əsasən çəkilmiş quş ətindən hazırlanan xörəklər
Toyuq ətindən Kələm dolması. Hazırlanma qaydası:
İlk öncə kələmin yarpaqlarını qaynar suda 5 dəqiqə bişirin. Soğanları rəndələyin, cəfəri və nanəni xırda doğrayın. Dərin bir qaba ətçəkən maşından keçirilmiş toyuq filesi, rəndələnmiş soğan, yüyülmüş düyü, bibər və tomat pastası, doğranmış cəfəri və nanə, duz, istiot və zeytun yağını töküb qarışdırın. Bişmiş kələm yarpaqlarını fileli içliklə doldurub bükün. Bükdüyünüz kələm dolmalarını qazana yerləşdirin. Dolmalar açılmasın deyə üzərinə boşqab qoyun. Apardığı qədər su töküb orta ocaqda bişirin.
Tərkibi :1 ədəd böyük kələm, 2 ədəd orta soğan, 3 çay qaşığı düyü, 2 ədəd toyuq filesi (qiymə), 1 xörək qaşığı bibər tomatı, 1 xörək qaşığı pomidor tomatı, 1 çimdik doğranmış cəfəri, 1 çimdik nanə, zeytun yağı, 1 çay qaşığı duz, 1 çay qaşığı istiot, apardığı qədər su.
Toyuq ətindən yarpaq dolması.Ərzaqlar:
Toyuq əti 500 qr
Soğan 3 ədəd orta boy
Quru nanə
İstiot, duz
Üzüm yarpağı
"Best Cow" kərə yağı 0,5 st
Hazırlanma qaydası : Ət, soğan maşndan keçirilir. Nanə qurusu , duz , istiot, yağ əlavə edilib qarışdırılır. Buna düyü əlavə olunmur. Yarpağa büküb bişiririk. Bişənə yaxın üzərinə ərinmiş yağ əlavə edirik. Yarpaq dolmamız hazırdır. Süfrəyə vərərkən yanında qatıq da qoyulur.
Buxarlanmış toyuq kotletləri və ya küftələr. Kotlet kütləsindən ( yarımfabrikatlar bişirilir ), kotletlər və ya küftələr (hər porsiyada 2 ədəd) doğranır və çörək vermədən yağlanmış güveç qabına qoyulur, bir az bulyon əlavə edilir , qabların qapaq ilə örtülür və sobada bişirilir. sobada 12-15 dəqiqə. Süfrəyə verərkən kotletləri isidilmiş qabın və ya boşqabın üzərinə qoyun, xırdalanmış düyü ilə bəzəyin və kotletlərin üzərinə buxar sousu ilə tökün. Siz həmçinin digər quş və ov ətindən kotlet və küftə bişirə bilərsiniz.
Bişirmə üsulu - Kərə yağı və süd və ya suda yumşaldılmış çörək ilə doğranmış toyuq filesi hazırlayın, ət maşınından keçirdin. Toyuq qiyməsinə duz və istiot bir yumurta əlavə edə bilərsiniz. Sonra isə qarışdırın. formalaşmış kotletləri yağlı tavaya qoyun, tərəvəz və ya ət bulyonu əlavə edin və qapalı qapaq altında 12-15 dəqiqə qaynatın. Qarnir olaraq bişmiş yerkökü ilə qaynadılmış düyü bişirin. süfrəyə verərkən boşqaba 2 ədəd buxar kotleti, yanında yerkökü ilə qaynadılmış düyü qoyun.
Tərkibi – toyuq əti 74 q, buğda çörəyi 18 q, süd 25 q, kərə yağı 15 q, Qarnir 150 q, sous 75 q.