NəZDİNDƏ Qİda sənayesi kolleci SƏRBƏst iŞ Fənn: İaşə məhsullarının texnologiyası 3



Yüklə 249,97 Kb.
səhifə5/6
tarix06.12.2022
ölçüsü249,97 Kb.
#120568
1   2   3   4   5   6
İaşə. Məh. tex(SƏRBƏST İŞ İT019 ) Həbibova Ülviyyə

Toyuq ətindən tavada lülə kabab :
Tərkibi:
Toyuq filesi 1kq
200 q quyruq (quzu)
1 tutam kəklikotu
3 ədəd soğan
duz, istiot
Hazırlanması : File, quyruq, soğan ətçəkən maşında üyüdülür. Duz, istiot, kəklikotu vurulur. Qarışdırılır. Tava tam qızdırılır. Ətə lülə forması verilib tavaya yığılır. Tavaya yağ tökməyin, çünki quyruq öz yağını buraxir. Kotletlər hərtərəfli qızardılır. Yanında kartof da qızartmaq olar.

Qaz ətindən hazırlanmış kələm dolması.
Tərkibi :
800 qr qaz əti , 2 armudu (kiçik)stəkan yumru düyü , bir dəstə keşniş , bir dəstə şüyüd ,bir dəstə göy soğan ,iki ədəd( böyük ) baş soğan ,bir ovuc zirinc və ya bir armudu stəkan palçıq turşu, dolmalıq kələm , zövqə görə duz istiot və heyva.
Düyünün çox olması ətin yağlılığı ilə əlaqəlidir. Ət çox yağlı olduğunda yağlı ətdən dolma bişirldiyində yağ əriyir kəlmələr boş qalır düyünün şişməsi əriyən yağın yerini alarsa dolmalar içi boş qalmır. İstənilən dolmanın hazırlanmasında bu nəzərə alınmalı və ətin yağlılığına uyğun düyü istifadə olunmalıdır.
Hazırlanması: Çəkilmiş qazın sinəsinin ətindən istifadə olunur. Digər dolmalar kimi üzərinə yumru düyü ,kişniş, şüyüd, baş soğan, yaşıl soğan, duz, stiot, palçıq turşu vurulur və yaxşıca qarışdırılır. Palçıq turşu olmasa zirincdə əlavə də bilərsiz. Dolmalıq kələmlər bir qədər isti suda qaynadılır. İçlik əlavə edilib bükülür. Dolmalar qazana yığılır, aralarına dilimlənmiş heyva qoyulur. Üzərinə su əlavə edib, bişənə qədər qaynadırıq.

Hinduşka ətindən dolma.
Tərkibi:
400 qr. sümüksüz cavan hinduşka əti, 160 qr. ağ üzüm yarpağı, 50 qr. kərə yağı, 100 qr. baş soğan, 20 qr. zoğal qurusu, 50 qr. Düyü Zövqə görə duz və istiot, 1 stəkan qatıq.
Hazırlanma qaydası:
Soğan narın doğranılıb yağda qovrulur, düyü təmizlənib ayrıca yarıbişmiş hala gətirilir. Tumsuz axta zoğal xırda – xırda doğranılır və suda isladılır. Hinduşka əti ətçəkən maşında ya da qiyməkeşlə qiymələnir və buna doğranmış zoğal, yarıbişmiş düyü, qovrulmuş soğan, duz, istiot vurularaq qarışdırılır. Təzə üzüm yarpağı yuyulur və saplaqdan təmizlənib qaynadılır. Duza qoyulmuş yarpaqlar yuyulur,hazır yarpaqların içərisinə qiymə qoyulub bükülür. Hazır dolmalar qazana yığılır və üzərinə bir azca su tökülərək ağzı bağlı halda bişirilir.


Yüklə 249,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin