qürurum,
Mənim ayrılığım, görüşüm də sən.
Gecədən süzülən ağappaq
nurum,
Gündüzdən boylanan
günəşim
də sən.
(
N.X.)
QayıdıĢ Ģəxs əvəzliyi
ilə ifadə olunan III növ təyini söz birləşməsində
ikinci tərəf yiyəlik və ya adlıq halında olan şəxs əvəzliyi ilə işlənə, həm də həmin
məzmunu tək ifadə edə bilir.
Özünüz
söylədiniz ki, biz qohumuq, demək, qohumlar hər şeyi
üstələmişlər
(M.İ.).
Qoymaram, hər şeyi
özüm
düzəldəcəyəm
(İ.Ş.).
III növ təyini söz birləşməsində hər iki tərəfin işlənməsi, yəni birinci
tərəfin – şəxs əvəzliyinin ixtisar olunmaması, məntiqi vurğunun tələbindən irəli
gəlib diqqətin məhz bu istiqamətdə yönəldilməsi ilə bağlı olur.
Qoy bu sualların cavabını
sənin anan
versin
(Y.H.)
Öz əlimlə
inci kimi sapa düzdüm
Aylarını, illərini əbədiyyətin.
(S.V.)
III növ təyini söz birləşməsində qayıdış əvəzliyi şəxs əvəzliyi ilə birlikdə
işləndikdə, həmin əvəzlik (qayıdış əvəzliyi) üslubi effekt yaradır, özündən əvvəl
işlənən şəxs əvəzliyini daha çox nəzərə çarpdırmağa xidmət edir.
181
Gərək işimizi elə quraq ki,
biz özümüz
də vaxtlı-vaxtında “təmir” olunaq
(Ə.M.).
İnsanı başa düşəcək yeganə adam
onun özüdür
(E.).
Şəxs əvəzliyi ikinci şəxsin təki əvəzinə cəminin işlədilməsi də üslubi
məqsəd daşıyır.
“Müəllim, mənim sənə böyük hörmətim var” cümləsini “Müəllim,
mənim Sizə böyük hörmətim var” şəklində işlədilməsi üslubi tələbdən irəli gəlir.
Fel
ilə bağlı bir sıra üslubi məqamlar da vardır ki, nitq praktikasında
natiq bu incəliklərdən yararlanmağı bacarmalıdır. Məs.; felin zamanları
qrammatik mənaları ilə yanaşı, bəzən üslubi məqamlara da xidmət edə bilir. Bu
özünü bir zaman formasının başqa zaman forması yerində işlənməsi şəklində
göstərir. Məsələn, keçmiş zamanda olmuş hal-hərəkət qeyri-qəti gələcək zamana
məxsus forma ilə verilir.
Bir gün kişi ova çıxar, orda at səksənər, tərlan havaya qalxar, kişinin
ayağı üzəngidə qalar
(S.R.). Yaxud keçmiş zamandakı hal və hərəkət indiki
zamanı formasında ifadə olunur.
Həmin qış gecəsi Əbdül qalın yorğanının altında yatmaq istəyir, amma
yata bilmir
(E.).
Bəzən icrası gələcək zamanda yerinə yetiriləcək iş, hal, hərəkət indiki
zaman forması ilə işlədilir.
Sərvər - Və onun əvəzində qulluqçu Sənəmi alıram, yazdınmı?!
(Ü.Hacıbəyli).
Felin şəxs şəkilçilərinin də müəyyən üslubi imkanları vardırş. Məsələn, I
şəxsə aid hərəkət ikinci şəxsin təki formasında verilir.
Mən nə edə bilərəm, əlbəttə, daha yaxşı oxumaq üçün gərək yataqxanada
qalasan, həm vaxtın olsun, həm də yorulmayasan
(Ş.Q.).
Köməkçi nitq hissələrinin – qoşma, bağlayıcı, ədat və modal sözlərin
fikirdəki incə çalarların ifadə edilməsində, ekspressivliyin yaradılmasında
müəyyən üslubi xüsusiyyətləri vardır ki, natiqlik sənətində bunlara diqqət
yetirilməlidir. Bu baxımdan qoşmaların müəyyən üslubi çalarlıq yaratmaq
xüsusiyyətləri daha çox nəzərə çarpır. Ayrı-ayrı qruplar üzrə təsnif olunan
182
qoşmaların bir çoxu həmin təsnifatda nəzərdə tutulmuş mənalarla yanaşı, nitqdə
əlavə çalarlıq da yarada bilir. Məsələn,
Dostları ilə paylaş: |