184
Axı mən tək gəlməmişəm.
6.
Xahiş-yalvarma məqamında:
Axı mən iş adamıyam
(S.R.).
Danışanın (yazanın) ifadə olunan fikrə və obyektiv varlığa münasibətini
bildirən
modal sözlə
r də nitqə müxtəlif məna çalarları (inamsızlıq, razılıq, nara-
zılıq, təəssüf, şübhə, təəccüb, tərəddüd, kinayə və s.) verir, onun emosionallığını,
ekspressivliyini artırır, fikrin ifadəsində yığcamlığı təmin edir.
Deyilənlərə görə, o türbədə müqəddəs bir adam basdırılmışdı
(İ.Ş.);
Deyəsən, uzaqdan qaraltılar görünür
(M.S.O.);
Doğrusu, bu sözləri deyəndə
rəhmətlik atamı xatırlayıram
(M.H.);
Zənnimcə, siz təqsirkarsınız
(İ.Ş.);
Nəhayət,
o nisbətən yüngülləşdi, həyəcanı, narahatlığı azaldı
(V.B.).
Sintaksisin üslubi ilə bağlı məsələlər
Dilin üsluibiyyatla bağlı olan bölmələrindən biri də sintaksisdir. Elə bir
sintaktik vahid, quruluş yoxdur ki, nitqin üslubca zənginləşməsində bu və ya digər
dərəcədə iştirak etməsin. Bu baxımdan sadə cümlənin
məqsəd və intonasiyaya
görə növlərinin imkanları genişdir. Onlardan sual cümləsi nitqdə daha çox məna
çalarları kəsb edir. Məlumdur ki, sual
cümlələrindən naməlum bir şey, hadisə
haqda nəyi isə öyrənmək və ya fikrin doğruluğunu müəyyənləşdirmək məqsədilə
istifadə olunur:
Yavrum, quzum, adın nədir?
Gülbahar.
Söylə sənin atan, anan varmı?
Var.
(H.C.)
Sual cümlələri məqsəddən asılı olaraq digər bir sıra mənalarda da işlənir
ki, bunlar
nitqə rəngarənglik gətirir, onun emosionallığını, ekspressivliyini,
ahəngdarlığını artırır, nitqi zənginləşdirir. Bu cümlələr intizar, təəccüb, narazılıq,
nigarançılıq və s. mənaları da ifadə edir. Məsələn;
Yoxsa onların başında bir iş
var?
(F.K.) (intizar, nigarançılıq);
Necə? Mən inqilabi sayıqlığımı itirmişəm?
Kimsəyə gərək olmamaq?! Sən heç bilirsən bu nə deməkdir?
(B.V.) (təəccüb,
etiraz);
Zəhləsini niyə tökdün, nə istəyirdin ondan?
(V.B.) (etiraz);
Nə istəyirsən
185
məndən? Mən acından günorta dururam, qızıl var məndə, ay naxələf oğlu
naxələf?!
(E) (narazılıq);
Al, gör bu necədir?
(C.B.) (təhrik);
Niyə məni
aldadırsan?
(C.Ə.) (məzəmmət).
Sual cümlələri ədatlarla işləndikdə burada müxtəlif məna çalarlığı ifadə
olunur:
Mənim qəlbim deyir ki, Hələ bunlar nədir ki
(M.M.).
Axı sənə yazığım
gəlir?
(İ.Ş.);
-
Bəs atan yoxdur?
-
Həm var, həm də yoxdur, müəllim
(Ə.H.)
Modal sözlər də suala qətilik, şübhə, ehtimal, güman və s. kimi emosional
çalarlıq verir.
Deyəsən, sənin arzuladığın vaxt gəlib çatmışdı
(P.M.);
Yaxşı, bəs sənə nə
düşüb bu cür canfəşanlıq edirsən?
(A.);
Doğrudan da, işin var sənin?
(E.).
Dostları ilə paylaş: