Əmr cümlələrinin
işlədilməsində də fərqli məna çalarları, üslubi
məqamlar vardır. Bu cümlələr danışanın məqsədindən asılı olaraq təkid, təklif,
xahiş, məsləhət, nəsihət, çağırış, arzu, istək, təskinlik, yalvarış, qəzəb və s. kimi
mənalar ifadə edir, müvafiq intonasiya ilə tələffüz olunur.
Vaqqıldama bayquş kimi idbar dilənçi!
(Sabir) (qəzəb);
Tək vəzir qalsın,
özün də yaxın gəl (
F.K.) (əmr, təkid);
Gəl-gəl, a yaz günləri,
İlin əziz günləri
(A.Ş.) (arzu, istək)
Allah sənin ömür, dövlətini artıq eləsin, ağa!
(M.F.A.) (yalvarış);
Həqdən
ayrılma, şahım!... Elm və səbatımızı qoru, şahım
(İ.N.) (məsləhət, nəsihət);
Çağır
gəlib mənə kömək etsinlər
(H.A.) (təkid).
Nida cümlələri
də danışanın məqsədinə uyğun məna çalarları yaradır ki,
bunlar nitqin ekspressivliyini, emosionallığını artırır, təsirini gücləndirir. Nidalar
müxtəlif hissi halları – ağrı, təəccüb, təlaş, iztirab, yorğunluq, qorxu, kədər,
həsrət, çağırış, müraciət, yalvarış və s. ifadə etməklə fərqli intonasiyalarla
söylənilir.
Pəh-pəh, əcəb söz eşidirik, bu da bizim oxumuş, sahib-kamal qarda-
şımız!
(N.B.V.) (təəssüf);
Boy, sən burada nə gəzirsən!
(M.S.) (təəccüb);
Afərin,
186
dost, burada sənin sözlərinlə tamamilə şərikəm!
(M.H.) (razılıq);
Bəh-bəh,
təbiətin nə gözəl guşələri varmış!
(S.K.) (məmnunluq);
Vay-vay! Nə yaman
müşkülə düşdü işim, allah!
(M.Ə.S.) (təlaş) və s.
Feli sifət, feli bağlama
və
məsdər
tərkiblərinin də fikrin effektli çatdırıl-
ması, mənanın qabarıq verilməsi, emosionallığın artırılmasında müəyyən üslubi
əhəmiyyəti vardır.
Ey çılğın küləklər, nəşəniz daşarkən,
Bağların şehindən mey sorub coşarkən
Nalqıran dağları atlayıb aşarkən,
Məni də alınız, uçayım dağlara
Könlümdə nə varsa, açayım dağlara.
(M.M.)
Bu parçada feli bağlama tərkibləri təsriflənən fellə verilən fikrin
axıcılığında, təsirli, dolğun olmasında, oxucuya asan çatdırılmasında üslubi
əhəmiyyət kəsb edir. Eləcə də
Dostları ilə paylaş: |