Nitq mədəniyyətinin əsasları


fonetika, assimilyasiya, dissimilyasiya, qrafika, orfoqrafiya



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə110/145
tarix17.10.2023
ölçüsü2,09 Mb.
#130529
növüDərs
1   ...   106   107   108   109   110   111   112   113   ...   145
Azf-277620

fonetika, assimilyasiya, dissimilyasiya, qrafika, orfoqrafiya, 
orfoepiya, leksika, onomalogiya, semasiologiya, frazeologiya, derivatologiya
və s.; ədəbiyyatşünaslığın əsasları fənninə dair əsərdə 
kompozisiya, lirik növ, epik 
növ, satira, yumor, metafora, sinekdoxa, klassizm, sentimentalizm
və s. 
terminlərdən istifadə olunur.
2. Mücərrəd mənalı sözlər çox işlənir. Məsələn, 
məfhum, təkamül, 
quruluş, mitinq, tərbiyə, həyat, kütlə, məğlubedilməz, tərəqqi
və s.
3. Beynəlmiləl sözlər və terminlərə daha çox təsadüf olunur. 
4. Şərh olunan fikirlər konkret, dəqiq və birmənalıdır. 
5. Mürəkkəb cümlə tipinə daha çox üstünlük verilir. 
6. Sual və əmr cümlələri, demək olar ki, işlədilmir. 
7. Xüsusi yazı işarələrindən istifadə olunur. Məsələn, dilimizin səs 
sisteminin, dialektlərin tədqiqi zamanı transkripsiya işarələri, eləcə də digər elm 
sahələrində müvafiq işarələrdən istifadə edilir.. 
8. Məsələlər səbəb və nəticə əlaqələribnin müəyyənləşdirilməsi, ümumi-
ləşdirmələr aparılması və nəticə çıxarılması istiqamətində şərh olunur. 


196 
9. Elmi üslub yığcamlıq və dəqiqlik tələb edir. Yəni mətləbə dəxli 
olmayan fikirlərə, yayğın mühakimələrə, uzunçuluğa, ehtiyac olmadan haşiyəyə 
çıxma hallarına və s. yol verilmir. 
Deyilənlərdən heç də belə bir nəticə çıxarılmamalıdır ki, elmi üslubda 
danışan və ya yazan digər üslubların elementlərinə müraciət etməməlidir. Elmi 
məsələləri şərh edən natiq ehtiyac duyduqda (diqqəti daha çox cəlb etmək, fikrin 
təsirini artırmaq, nitqə müəyyən canlılıq gətirmək və s.) məqsədlərlə bədii dilə 
məxsus vasitələrdən – obrazlı ifadələr, aforizm, atalar sözü və sairdən istifadə edə 
bilər. Hər halda bu müəyyən ölçüdə olmalıdır.
İctimai-publisistik üslub
. İstimai-publisistik üslubda fikirlər ümumən 
quru, rəsmi dillə ifadə olunur. Emosionallığı, obrazlılığı yaradan dil vasitələrinə - 
epitet, metafora, inversiya, nida, sual və sairəyə bədii üsluba nisbətən az yer 
verilir. Lakin bununla belə, qəzetlərdə, jurnallarda oçerk, felyeton və hekayə-
lərdən də nümunələr gətirilir ki, bunlar maraqla oxunur, oxucuya yaxşı təsir bağış-
layır. Mətbuat üslubunun başlıca xüsusiyyəti dilinin sadəliyi, aydınlığı, mənalılığı, 
hamı tərəfindən başa düşülməsidir. Dil kasıblığı, söz məhdudluğu bu üslubdakı 
yazıların oxunması işini çətinləşdirir. 
Kütlələrə təsir göstərmək, problemlərin həllinə insanlarda maraq oyatmaq, 
onları bu işə cəlb etmək məqsədini qarşıya qoyan mətbuatın dili, hər şeydən əvvəl, 
canlı, aydın və anlaşıqlı olmalıdır. 

Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin