Nitq mədəniyyətinin əsasları


Əməli yazılara aid nümunələr



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə112/145
tarix17.10.2023
ölçüsü2,09 Mb.
#130529
növüDərs
1   ...   108   109   110   111   112   113   114   115   ...   145
Azf-277620

Əməli yazılara aid nümunələr. 
Ərizə.
İdarə və ya təşkilat başçısına müəyyən bir xahiş üçün edilən rəsmi 
müraciətdir. Ərizəçi öz müraciətində idarə və ya təşkilatdan nəyi xahiş etdiyini 
müxtəsər və yığcam şəkildə göstərməlidir. Ərizənin sonunda tarix və imza 
qoyulmalıdır. 
Nümunə:
ADPU-nun filologiya fakültəsinnin dekanı, 
professor B.Xəlilova 401-ci qrup tələbəsi 
Məmmədova Dilarə Qasım qızından 
Ə R İ Z Ə 
2013-cü il mayın 15-də ailəmiz yeni mənzilə köçəcəkdir. Həmin gün 
mənə icazə verməyinizi xahiş edirəm. 
İmza: (D.Məmmədova)
19.05.2013 
“Kəpəz” mebel firmasının direktoru cənab
A.M.Vəliyevə 


199 
Bakı şəhəri, Atatürk küçəsi, 27-ci evin 56-cı 
mənzilində yaşayan Kərimova Aygün Qədir 
qızından 
Ə R İ Z Ə 
Məni mühasib vəzifəsinə keçirməyinizi xahiş edirəm. 
İmza: (A.Q.Kərimov)
25.06.2013 
Arayış.
İdarə, məktəb, ictimai təşkilat və s. tərəfindən müəyyən bir şəxsin 
kim olduğunu və eləcə də digər faktları təsdiq etmək üçün verilən əməli yazı 
növüdür. Arayışda aşağıdakılar olmalıdır: sol tərəfin üst küncündə idarənin 
ştampı, ortada sərlövhə, məzmun, arayışı təsdiq edən idarə rəhbərinin imzası və 
möhürü. 
Nümunə
A R A Y I Ş 
Abdullayev Mehman Firudin oğlu Bakı şəhərində Azadlıq prospekti, 48-
ci evin 12-ci mənzilində yaşayır. 
Arayış Rabitə Nazirliyinə təqdim etmək üçündür. 
3 saylı Mənzil İstismar
İdarəsinin sədri İ.Q.İsmayılov 


200 
A R A Y I Ş
Məhərrəmov Abbas Həmid oğlu 1984-cü ilin sentyabr ayından Səbail 
rayonundakı 49 saylı məktəbdə müəllim işləyir. O, mənzil növbəsində 
dayanmışdır. 
Arayış Səbail Rayon İcra Hakimiyyətinin başçısına təqdim etmək 
üçündür. 
Məktəbin direktoru: Z.T.Məmmədov 
Elan 
( nümunə)
E L A N
15 iyun 2013-cü ildə, saat 14
00
-da akt zalında fakültə elmi şurasının iclası 
olacaqdır. 
G Ü N D Ə L İ K 
1.
2011-2012-ci tədris ilinin yekunları və qarşıda duran vəzifələr. 
2.
Cari məsələlər 
3.
Seçki 
Dekanlıq 


Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin