Nitq mədəniyyətinin əsasları



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə113/145
tarix17.10.2023
ölçüsü2,09 Mb.
#130529
növüDərs
1   ...   109   110   111   112   113   114   115   116   ...   145
Azf-277620

Tərcümeyi-hal
(nümunə) 
Tərcümeyi-hal 
Mən, Qədirov Xəlil İslam oğlu, 1961-ci ildə Mingəçevir şəhərində anadan 
olmuşam. 1968-ci ildə şəhərdəki 4 saylı məktəbin I sinfinə daxil olub, 1978-ci ildə 
orta məktəbi bitirmişəm. Həmin ildə Azərbaycan Politexnik İnstitutunun I kursuna 
qəbul olunmuş, 1983-cü ildə inşaatçı ixtisası ilə ali təhsilimi başa vurmuşam. 
1983-1985-ci illərdə orduda xidmət etmişəm. 1995-ci ildə Bakı şəhərinə 
köçmüşəm. O vaxtdan indiyə qədər Bakı evtikmə kombinatında iş icraçısı 
işləyirəm. 


201 
Atam Qədirov Müslüm Oruc oğlu təqaüdçüdür. 
Anam Qədirova Gülövşə Rəcəb qızı həkim işləyir 
Evliyəm. Həyat yoldaşım Qədirova Məsmə Əli qızı müəllimdir. Oğlum 
Qədirov Mahmud Xəlil oğlu Azərbaycan İqtisadiyyat Universitetinin IV kurs 
tələbəsidir. Qızım Təranə Bakı Ali Pedaqoji Qızlar Universitetində oxuyur. 
İmza: X.İ.Qədirov 
16.02.2012 
Protokol 
İclaslarda, konfranslarda və s. kimi ictimai yerlərdə müəyyən hadisəni, 
faktı, qəbul olunmuş qərarı özündə əks etdirən əməli yazı növüdür. Protokol 
quruluşuna görə sadə və mürəkkəb olur. Sadə protokol geniş müzakirə 
aparılmayan kiçik yığıncaqlarda yazılır. Bu, əsasən, “eşidildi” və “qərara alındı” 
bölmələrindən ibarət olur. 
Mürəkkəb protokollarda “eşidildi” və “qərara alındı” sərlövhəsi ilə 
verilmiş bölmələrin arasında çıxış edənlərin familiyası, hər çıxışın qısa məzmunu, 
məruzəçiyə verilən suallar, alınan cavablar və s. qeyd olunur. Bu cür protokolda 
müzakirə zamanı irəli sürülən fikirlərin ən mühüm məsələləri qısa şəkildə öz 
əksini tapır. 
(nümunə) P R O T O K O L (mürəkkəb forma) 
10 sentyabr 2012-ci ildə 36 saylı məktəbdə valideyn iclası keçirildi. 
İştirak etdi: 110 nəfər valideyn, 12 sinif rəhbəri, məktəb rəhbərliyi, məktəb 
şurasının sədri H.Quliyev, 53 saylı mənzil-istismar idarəsinin rəisi K.İbrahimov, 
sahə polis müvəkkili Q.Tahirov. 
Sədr: P.Babaxanov 
Katib: K.Verdiyeva 


202 

Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin