Nitq mədəniyyətinin əsasları



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə114/145
tarix17.10.2023
ölçüsü2,09 Mb.
#130529
növüDərs
1   ...   110   111   112   113   114   115   116   117   ...   145
Azf-277620

Gündəlik məsələ: 
Azərbaycan Respublikasında təhsil islahatlarının
həyata keçirilməsində valideynlərin vəzifələri. 
Dinlənildi:
Məsələ haqqında məktəb şurasının sədri H.Quliyev
məruzə etdi (Məruzənin mətni protokola əlavə 
olunur).
 
ÇıxıĢlar: 
1. T.Mahmudov - valideyn komitəsinin sədri: məruzədə təhsil islahat-
larının mahiyyəti, məzmunu, əsas istiqamətləri ətraflı şərh edildi. Bu işdə 
valideynlərin üzərinə mühüm vəzifələr düşür. Biz uşaqların ailədə tərbiyəsi ilə 
ciddi məşğul olmalı, məktəb ümumxalq köməyinin təşkilində fəallıq göstərməli, 
bunun üçün bütün imkanlardan istifadə etməliyik. 
2. Z.Məmmədov – məktəbin direktoru: islahat uzunmüddətli proqramdır. 
Müasir dövrdə təlim-tərbiyə şagirdlərin və valideynlərin tələbatına müvafiq 
şəkildə yerli şərait və milli xüsusiyyətlər nəzərə alınmaqla qurulmalıdır. Əhali 
arasında pedaqoji təbliğatı, valideynlərin maariflənməsi işini yüksəltmək üçün 
müəllim və tərbiyəçilər ailələrlə ciddi iş aparmalıdırlar. 
3. Q.Tahirov – polis sahə müvəkkili: uşaqların tərbiyəsində valideynin 
rolu böyükdür. Buna görə də islahatın həyata keçirilməsində ailə ön plana çəkilir. 
Bu işdə məktəb, ictimaiyyət, mənzil istismar idarələri, əmək kollektivləri ailə ilə 
bağlı fəaliyyət göstərməlidirlər. 
Q ə r a r : 
1. Azərbaycan Respublikasında təhsil islahatının həyata keçirilməsində 
valideynlərin fəaliyyəti ilə əlaqədar tədbirlər planı təsdiq edilsin. 
2. Uşaqların tərbiyəsində ailənin rolunun yüksəldiyi indiki şəraitdə 
valideynlərin məsuliyyəti artırılsın. 
3. Mənzil istismar kontoru, polis sahə müvəkkilliyinin əməkdaşları 
yaşayış yerlərində uşaq, yeniyetmə və gənclərin tərbiyəsi, onların asudə vaxtının 
səmərəli təşkili işində ailələrlə birgə tədbirlər həyata keçirsinlər. 


203 
4. Ailələrlə işin canlandırılması, valideynlərin pedaqoji cəhətdən 
maariflənməsi, onlara metodik köməyin gücləndirilməsi pedaqoji kollektivdən 
tələb edilsin. 
5. Qərarla əlaqədar görülən işlər barədə valideyn komitəsinin sədri 
T.Mahmudovun məlumatı dinlənilsin. 
6. Qərarın icrasına nəzarət məktəb şurasına (H.Quliyeva) və məktəb 
rəhbərliyinə (Z.Məmmədova) tapşırılsın.
S ə d r: (imza) R.Babaxanov 
K a t i b: (imza) H.Hacıyeva 
Akt 
müəyyən bir faktı və hadisəni, məsələn, idarəni, müəssisəni və sairəni 
başqasına təhvil verdikdə və yaxud aparılmış yoxlamanın nəticəsini və s. dəqiq 
surətdə təsvir etmək lazım gəldikdə tərtib edilir. Aktda aşağıdakı məsələlər əks 
olunur: sərlövhə şəklində akt sözü, tərtib olunma tarixi, aktı tərtib edən şəxslərin 
ad və familiyası, aktda qeyd olunan hadisəyə dair faktik məlumatlar, nəticə və 
aktı tərtib edənlərin imzası. 
AKT 
(nümunə) 
2011-ci il mart ayının 15-də pedaqoji fakültədə auditoriyaların vəziyyəti 
yoxlanıldı. Yoxlama zamanı aşağıdakılar müəyyənləşdirildi:
1. 137 və 139 №-li otaqlarda pəncərələr sınmışdır. 
2. 129 və 147 №-li auditoriyaların qapıları bağlanmır. 
3. Auditoriyadakı bəzi stolların üstü yazılmışdır. 
Bu nöqsanlar həmin auditoriyalarda məşğələ keçən bəzi tələbələrin 
intizamsızlığı, təsərrüfat işlərinə baxanların məsuliyyətsizliyi nəticəsində baş 
vermişdir. Həmin nöqsanların üç gün ərzində aradan qaldırılması üçün fakültə 
dekanlığı və təsərrüfat işləri üzrə prorektor tədbir görsünlər: 
Aktı tərtib etdilər: 
1. (imza) İ.İsmayılov – fakültə həmkarlar ittifaqı
komitəsinin sədri 


204 
2. (imza) G.Əliyeva – 403-cü qrupun təşkilatçısı 
3. (imza) H.İbrahimov – müəllim 
Akta tanış edildilər: 
1. (imza) C.Əzizov – fakültə dekanı 
2. (imza) F.Seyidov – təsərrüfat işləri üzrə prorektor 
Təliqə
(məktub forması): müəyyən bir idarənin başqa bir idarəyə və yaxud 
vəzifəli bir şəxsə rəsmi xarakterdə müraciət etməsidir. Təliqənin sol tərəfinin üst 
küncündə idarənin ştampı, həmin ştampda isə idarənin adı, ünvanı, tarix və 
göndərilmə nömrəsi qeyd olunur (nümunə). 

Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin