Nitq mədəniyyətinin əsasları



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə12/145
tarix17.10.2023
ölçüsü2,09 Mb.
#130529
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   145
Azf-277620

3. Nitqin təmizliyi.
Mədəni nitqə verilən əsas tələblərdən biri də onun 
təmizliyidir. Bu o deməkdir ki, ədəbi dilin normalarına uyğun gəlməyən dil 
vahidləri (sözlər, ifadələr, frazeologizmlər, cümlələr və s.) nitqdə işlədilmə-
məlidir. Nitqin təmizliyi digər mədəni keyfiyyətlər kimi, danışanın təhsili, mədə-
niyyəti və tərbiyəsi ilə bilavasitə əlaqədardır. 
Dilin təmizliyini qoruyub saxlamaq üçün aşağıdakılara əməl olunmalıdır: 
1) Nitqdə məhəlli dialektlərə, yerli şivələrə məxsus danışıq tərzinə yol 
verilməməlidir:
Məlumdur ki, əhalinin böyük hissəsi ədəbi dildən, müəyyən qismi isə 
dialekt və şivələrdən istifadə edir, ayrı-ayrı dialekt şəraitində yaşayanlar sözləri 
həmin yerin danışıq tərzinə uyğun işlədirlər. Çox halda bu danışıq savadlı 
təbəqənin – ziyalıların da nitqində özünü büruzə verir. Məsələn
; əyərlərim (əgər), 
hasannıxnan (asanlıqla), bajı (bacı), genə (yenə), getirib (gətirib), gəlmeg 
(gəlmək), meytəp (məktəb), heysab (hesab), dərmən (dərman), manıt (manat), 
qırıx (qırx), əmeg (əmək), münasibat (münasibət), təyyin (təyin), şikil (şəkil), 
tənyarı (təyyarə), basarıq (bacarıq), nöş (nə üçün), olacoux (olacağıq), qərdeş 
(qardaş), oxarta (o qədər), cıqqan (lap az), mını (bunu), yanı (yəni), deməginən, 
yumurtda, incəvara, qalxızmaq 
və s. Bu cür dialektizmlərin, şivə sözlərinin 
işlənməsi nitqi korlayır, danışığa xələl gətirir. 
2) Əcnəbi sözlər lüzumsuz işlədilməməlidir. 
Bəzi hallarda natiqlər heç bir 
ehtiyac olmadan nitqlərini çətin, mənası çoxları üçün aydın olmayan terminlərlə 
doldururlar ki, nəzərdə tutulan fikir, məzmun bu terminlərin kölgəsində itib-batır, 
mətləb dinləyici üçün aydın olmur. Son zamanlar kütləvi informasiya vasitələrinin 
– radio və televiziya verilişlərinin, eləcə də müxtəlif sahələr üzrə yazılmış 
dərsliklərin, məqalələrin, elmi mətnlərin dilində ağırlaşma müşahidə olunur. 
Məsələn, “Azərbaycan qloballaşan dünyada” adlı bir jurnal məqaləsində belə 
sözlər, terminlər, ifadələr işlənmişdir

Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin