245
məktəblərində bu məqsədlə “Ünsiyyət mədəniyyəti” adlı xüsusi fənn tədris
olunur. Bizim məktəblərdə də bu sahədə bütün təhsil müddətində iş aparılmalı,
gələcəyin mühəndisi, həkimi, jurnalisti, hüquqşünası... öz fikrini düzgün, aydın,
məntiqi, yığcam, səlis, ahəngdar, təsirli bir şəkildə, ən başlıcası, etik qaydaları
gözləməklə ifadə etməyi bacarmalıdır. Bu baxımdan nitq mədəniyyətinin bütün
ali məktəblərdə ayrıca fənn kimi tədris edilməsi məqsədəuyğun sayılmalıdır. Bu,
ali təhsilli gənclərin həyata hazırlanmasının başlıca şərtlərindəndir.
Kütlələrin nitq mədəniyyətinə, nəzakətli davranışa yiyələnməsinə təsir
göstərməkdə radio-televiziya verilişlərinin imkanları daha genişdir. Bu verilişlər
mədəni nitqin mənimsədilməsində nümunə rolunu oynamalıdır. Dinlə-yicilər
diktorların, aparıcıların, verilişə dəvət olunan ziyalıların etik normalara uyğun
səslənən nitqini dinləyərək onun məziyyətlərini mənimsəyər, eşitdiklərini öz nitq
təcrübəsinə tətbiq edər, lazımi məqamda işlədə bilirlər. Mətbuatda “Nitq
mədəniyyəti”, “Nitq mədəniyyəti və mətbuat dili”, “Mədəni danışığa yiyələnək”,
“Danışıq etikası”, “Biz düzmü danışırıq?” və s. mövzularda söhbətlərin,
müzakirələrin aparılması, buraya görkəmli filoloqların, yazıçıların, pedaqoqların,
səhnə ustalarının və başqalarının dəvət olunub onların mülahizə və təkliflərinin
nəzərə alınması bu sahədəki qüsurların aradan qaldırılmasında faydalı ola bilər.
Biz tək-tək fərdlərin, ziyalıların, o cümlədən vəzifə sahiblərinin deyil,
bütövlükdə cəmiyyətin etik mədəniyyətinin yüksəldilməsinə nail olmalıyıq.
Nəzakət qaydalarının gözlənilməsi insanların cəmiyyətdə qarşılıqlı anlaşmasının,
müsbət əhvali-ruhiyyə yaradılmasının ən mühüm şərtlərindəndir.
Dostları ilə paylaş: