TERMĠNLƏR LÜĞƏTĠ bəlağət - gözəl, aydın danışma qabiliyyəti, natiqlik haqqında elm,
danışıq etikası
- insanların bir-biri ilə münasibətlərini
tənzim edən danışıq normaları.
daxili nitq - səslənməyən, danışanın özü ilə əlaqələnən, səssiz, lal nitq.
dialoq - (yunanca dialoqos) – iki adamın nitqi.
diskussiya - latın mənşəli
“
diskussiya” (diskussio) sözü olub
“araşdırmaq”, “təhlil etmək”, “tədqiqat aparmaq”
deməkdir.
evfemizm - yaxşı danışmaq, hər hansı bir sərt mənanı yumşaltmaq,
münasib olmayan söz və ifadə əvəzinə yumşaq, nəzakətli
söz və ifadələr işlətmək. Məs.: “Məni başa düşmədiniz”
əvəzinə “Deyəsən, fikrimi sizə çatdıra bilmədim” və s.
“yox” əvəzinə “xeyr”, “düz deyil” əvəzinə “həqiqətə
uyğun deyildir” işlətmək və s.
evfuizm - həddindən artıq dəbdəbəli, təmtəraqlı nitq.
emosional rəng – danışanın hissləri və iradəsi ilə bağlı olub sözlərə,
ifadələrə əlavə olunan məna çaları, incə məna fərqi.
etiket - ritual (fransız) (etiquette) nitq etikası – qəbul olunmuş
danışıq formaları.
elmi-bəlağət-natiqlik – fikri gözəl, səlis ifadə etmək haqqında elm
elmi-bəyan - ritorika, bəlağər elmi; elmi nitq mədəniyyəti – elmi
əsərlərin, mətnin, danışığın dinləyici və oxucuya zehni
və estetik təsiri.
genetik nitq - əl və bədən hərəkəti vasitəsilə yaranan ünsiyyət,
kommunikativ aktın bir hissəsi.
fəsahət - gözəl, aydın danışıq qabiliyyəti
xitabət - natiqlik sənətindən bəhs edən bir şöbə