Dil, nitq, söz haqqında görkəmli Ģəxsiyyətlərin
fikirlərindən seçmələr
Müxtəlif səciyyəli insanların ürəyinə nüfuz etməyi bacarmayan, onları
həyəcana gətirən və ya sakitləşdirməyin səbəblərini bilməyənlər öz nitqləri ilə
arzu etdikləri məqsədə çata bilməzlər
(Siseron).
Ədibin əsası sözdür. Gözəl söz söyləməsini bilən şərəfə çatar
(Ədib
Əhməd Yüknəki).
Ürək bulud, sözüm inci, könülsə bir dərya
Dilim bu gövhərə çarçı, zəmanə isə bəha
Əbül-Üla Gəncəvi
Dilim qılınc, oxum isə səhər vaxtı çəkdiyim ah,
Sındıraram səflərini olsa da yüz eylə ləşkər.
Mücirəddin Beyləqani
Sözün kəsər və kəskinliyi qılıncA sirayət edərək onu itiləşdirmiş,
materialını saflaşdırmışdır
(Xətib Təbrizi).
İztirab çəkən könüllər sözdən aram tutur.
Qətran Təbrizi
Bəzən dil sıyrılmış qılınca bənzər,
Ayıq ol, başını bədəndən üzər.
Xəqani
Sözün qanadları var, quş kimi incə-incə,
Dünyada söz olmasa, nəyə gərək düşüncə?
Nizami
265
Artıq söz danışma, başı ağrıdar,
Hər deyilən sözə çıxma özündən,
Ötən bülbül olma məclisdə gəl sən.
Marağalı Əvhədi
Bu babda gərçi paz çoxdur,
Söz qapusu xatirə açuqdur.
Liykən qüləlüm muna qənaət,
Ta rəf olə işvəyi-şəfaət.
Məsihi
Bənd olmuşam şirin-şirin sözünə,
Sözləri qənd, ağızları piyalə,
Tutilər lal olur şirin dilindən.
Vaqif
Acı sözdən öz dilini dişlərsən.
Saib Təbrizi
Dilin qanunlarına itaətkarlıqla tabe olun və birdəfəlik möhkəm bilin ki, bu
qanunlar sizin üçün müqəddəsdir
(Bialo).
Uşaq ana dilini öyrənərkən yalnız şərti səsləri öyrənmir. O, eyni zamanda
ana dilinin doğma döşündən mənəvi həyat və qüvvət içir. Ana dili, təbiəti ona heç
bir təbiətçinin izah edə bilmədiyi bir şəkildə izah edir; o, uşağı onu əhatə edən
adamların xarakteri ilə, içərisində yaşadığı cəmiyyətlə, onun tarixi ilə heç bir
tarixçinin tanış edə bilməyəcəyi bir tərzdə tanış edir; o, uşağı xalq poeziyasına heç
bir bədiiyyatçının edə bilməyəcəyi bir tərzdə daxil edir; nəhayət, o, elə məntiqi
anlayışlar və fəlsəfi görüşlər verir ki, əlbəttə, bunu heç bir filosof uşağa verə
bilməz
(K.D.Uşinski).
266
İnsanlar nəyi hiss edir və başa düşürlərsə, onu ifadə edirlər, onlar yalnız
özləri yaxşı başa düşmədiklərini ifadə etməkdə söz tapa bilmirlər
Dostları ilə paylaş: |