48
səmənin yüksək faizlə göstərilməsi, layiq olmadan edilən təriflər, nöqsanların ört-
basdır edilməsi və ya onların səbəbinin bu işlə daha az əlaqəsi olan amillərlə
bağlanması və s. nitqin düzgünlüyünə xələl gətirən hallardır.
“Fikrimizcə, bu gün nitq mədəniyyətinin səviyyəsi,
hər şeydən qabaq,
ifadə olunan fikrin həqiqiliyi, doğru-düzgünlüyündən çox asılıdır. Əlbəttə, nitq
mədəniyyəti baxımından ədəbi-tənqidi fikrin ifadə tərzi hər cəhətdən gözəl,
nümunəvi olmalıdır. Lakin zahirən sığallı, hamar, axıcı, rəvan, sirayətedici nitq
yalanı həqiqət adına ifadə edirsə, bu cür nitq mədəniyyəti səviyyədən uzaqdır”
(17, 109).
Nitqdə reallıqdan uzaqlaşmanın digər səbəbi danışanın nitq predmeti
haqqında səthi məlumata sahib olmasıdır. Məsələn, müasir təlim texnologiyaları,
onların məktəbdə tədrisinin mövcud problemlər (interaktiv, innovativ təlim və s.)
barədə aydın təsəvvürü, ətraflı məlumatı olmayan rəhbər maarif işçisinin
müəllimlər qarşısında çıxışı istənilən effekti verə bilmir. Yaxud ölkəmizin xarici
siyasəti haqqında səthi məlumatı olan mühazirəçinin, icmalçının, şərhçinin və
başqalarının çıxışı maraqsız olur, yaxşı dinlənilmir.
Nümunəvi nitqin mühüm şərtlərindən biri
də cümlələrin düzgün qurul-
masıdır. Bu cəhətdən natiqin nitqi başqalarından fərqlənməlidir. O, dinləyicilərlə
ünsiyyətin bütün formalarında fikrini dolğun, sanballı, aydın və təsirli cümlələrlə
ifadə etməyi bacarmalıdır. Danışıq prosesində yaxşı cümlə qurmaq məqsədilə
fikirləşmək və nümunəvi cümlələr düzəltmək mümkün deyildir və buna ehtiyac da
yoxdur. Belə bacarıq xüsusilə natiqlərdə möhkəm nitq vərdişinə çevrilməli,
nəzərdə tutulan fikir özünəmüvafiq forma ilə verilməlidir.
Natiqin nitqi, hər şeydən əvvəl, bədii təsvir vasitələri - sinonimlər,
frazeoloji birləşmələr, atalar sözləri, zərbi-məsəllər, həkimanə sözlər, aforizmlər
və s. ilə zəngin olmalıdır. Danışan bu vasitələrlə ən incə mətləbləri dinləyicilərinə
çatdıra bilməlidir. Belə obrazlı ifadələr yerində, məqamında işləndikdə nitq
xoşagəlimli olur, onun bədiiliyi, təsir gücü artır.
Natiq öz cümlələrində
şey, zad, uje, mejdu proçim
və s. kimi artıq sözlər
işlətməkdən çəkinməlidir. Eləcə də
deməli, haradasa, mənə belə gəlir, elə bil ki,
49
məsələ burasındadır ki, təbii ki, göründüyü kimi
söz və ifadələr təkrar-təkrar
işləndikdə nitq ağırlaşır, dinləyicinin diqqəti fikrin məzmunundan yayınır. Belə
danışıq tərzi çox vaxt rişxəndə və gülüşə səbəb olur. Ədəbi dilin tənzimləyici və
yayıcıları sayılan ziyalıların, xüsusən müəllimlərin nitqində bəzən bu cür
qüsurlara yol verilməsi təəccüb və təəssüf doğurur.
Auditoriyada, ictimai yerlərdə, rəsmi məclislərdə nitqin daha dəbdəbəli,
təmtəraqlı olması üçün çox zaman qəlib xarakterli, çeynənmiş sözlərdən,
cümlələrdən istifadə olunur.
məqsədyönlü iş, görkəmli nailiyyətlər qazanmaq,
yüksək əmək nümunələri göstərmək, yüksək nəticələrə nail olmaq, önəmli addım,
təşkil etmək, diqqəti çəkən məsələ, qısa zaman kəşiyində, prizmadan baxmaq,
dəstəkləmək, yeni münasibətlər müstəvisində, bu istiqamətdə fəaliyyət
və s. tipli
ifadələrin tez-tez işlədilməsi nitqə quruluq gətirir, onu canlılıqdan məhrum edir.
Natiq nitqində həmin ifadələrin uyarlı qarşılığından istifadə olunmalıdır.
Şifahi nitqin (eləcə də yazılı nitqin) qüsurlarından biri də cümlələrin
məntiqi, qrammatik baxımdan düzgün qurulmamasıdır. Məsələn
, “Bu məqalə
oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. Onun sözünə baxıb, onun abidəsini
qoydular. Xalq, əhali belə düşünürlər. Orada beş yüzdən artıq qocalarımız
yaşayır; Tamaşalarımız çox yaxşı kiçikyaşlılar tərəfindən qarşılandı. Hər
məntəqədə artıq səs verəcək seçiciləri gözləyirdilər; Çox təəssüf ki, bu xeyirxah
işdə mən tək deyiləm
və s. Radio və televiziya verilişlərinin dilindən alınmış bu
cür qüsurlu cümlələrə bəzən natiqlərin, mühazirəçilərin, müəllimlərin nitqində də
təsadüf etmək mümkündür. Natiq cümlə qurmaq bacarığının təkmilləşdirilməsi ilə
bağlı müəyyən sistemlə, müntəzəm şəkildə iş aparmalı, həmin keyfiyyətə tam
şəkildə yiyələnməlidir. Onun nitqində uzun, dolaşıq, təmtəraqlı cümlələrə yol
verilməməli, fikirlər aydın, sadə şəkildə ifadə edilməlidir. Burada iş cümlələrin
düzgün qurulması ilə bitmir. Həmin cümlələr həm də dinləyicini qane edəcək bir
tərzdə söylənilməlidir. Bu zaman ədəbi tələffüz qaydaları
gözlənilməli, normal
diksiyaya, nitq fasiləsinə, tonuna, məntiqi vurğuya və sairəyə əməl olunmalıdır.
Cümlə qurmaqla bağlı qüsurun bir səbəbi də nitqdə, xüsusən məruzə və
mülahizələrdə həcmcə böyük cümlələrin işlədilməsidir, Belə cümlələr çox zaman
50
nitqi ağırlaşdırır, məzmunun dinləyiciyə çatmasını çətinləşdirir. Məlumdur ki,
danışan öz fikrini təkcə sadə və ya mürəkkəb cümlələrlə ifadə edə bilməz. Fikrin
hansı cümlə növü ilə ifadə olunması onun məzmunundan asılıdır. Mürəkkəb
fikirlər, şübhəsiz ki, daha çox özünəuyğun forma ilə - mürəkkəb cümlələrlə
deyilməli və ya yazılmalı, bu cümlələr fikrin məzmununa və məntiqinə uyğun
qurulmalı, artıq, lüzumsuz sözlərə, ifadələrə, təkrarlara yol verilməməli, sözlərdən
qənaətlə istifadə edilməlidir. Prof.A.Abdullayevin
təbirincə desək, cümlələrdə
sözlərin yeri dar, fikirlərin yeri isə geniş olmalıdır.
5.
Dostları ilə paylaş: