Nitq mədəniyyətinin əsasları



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə18/145
tarix17.10.2023
ölçüsü2,09 Mb.
#130529
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   145
Azf-277620

8. Nitqin orijinallığı. 
Nitqin məziyyətlərindən biri onun orijinallığıdır. 
Bu, nitqdə özünəməxsusluqdur, bir şəxsin başqalarından fərqli danışması və 
yazmasıdır. Nitqin orijinallığı bir neçə cəhətdən özünü göstərir ki, bunlardan 
birincisi fərdi tələffüz tərzidir. Nitqin tələffüz baxımından fərqlənməsi, nəzərə 
çarpması aşağıdakı amillərlə daha çox bağlı olur: 
1. Səslərin, sözlərin aydın diksiya ilə tələffüzü. 
2. Söz və qrammatik formaların orfoepik qaydalar əsasında tələffüzü. 
3. Bir qədər ucadan, aramla danışmaq və oxumaq. 
4. Bir qədər astadan danışmaq, nitq fasilələrində daha münasib sözlər 
fikirləşib tapmaq və nitqini davam etdirmək. 
5. Danışıq və xüsusən oxu prosesində intonasiya çalarlarından daha 
bacarıqla, məzmuna uyğun şəkildə istifadə edə bilmək. 
6. Danışanın səciyyəvi söz, ifadə, sitat, sintaktik konstruksiyalar
frazeoloji ifadələr, aforizmlər, atalar sözü, zərb-məsəllər və s. işlətməsi, nitqin 
xüsusi tərzdə qurulması. 
İctimai yerdə çıxış edən öz məqsədini aşkarlamaq, fikirlərini dinləyicilərə 
asan, aydın, ifadəli, həm də maraqlı bir şəkildə çatdıra bilmək üçün daha münasib, 
işlədilməmiş sözlərdən, ifadələrdən istifadə etməyə, cümlələr qurmağa çalışır. Bu 
orijinallıq nitqin qurulmasında daha çox nəzərə çarpır. Nitqdə müəyyən bir 
ənənəvi forma vardır ki, natiqlər öz çıxışlarını ona uyğun qururlar: 
məsələnin 
vacibliyi və aktuallığı izah olunur, sonra mövzunun əsas məzmunu dinləyicilərə 
çatdırılır, daha sonra isə deyilənlərə yekun vurulur, bəzən ümumi nəticələr 
çıxarılır
. Lakin natiqlərin çoxu bu ənənəni gözləməklə dinləyicilərin diqqətini 


55 
cəlb etmək, nitqin effektliyini yüksəltmək məqsədilə yeni-yeni formalar axtarıb 
tapırlar. Bəziləri nitqinə atalar sözü, zərbi-məsəl, ibrətamiz bir əhvalatla başlayır. 
Bir başqası nitqinin əvvəlində şərh ediləcək mövzu ilə bağlı bir parça şeir 
söyləyir. Digər natiqlər məşhur adamların, görkəmli yazıçı və şairlərin əsər-
lərindən, dövlət xadimlərinin çıxışlarındakı sərrast və parlaq ifadələrdən sitatlar 
gətirdikdən sonra məsələnin mahiyyətini şərh etməyə başlayırlar. Nitqə başlama-
ğın digər formalarından da (məsələn, ritorik suallar qoymaq, mövzu ilə bağlı
gözlənilməz və qəribə bir məzhəkə, lətifə danışmaqla əsl mətləbə keçmək və s.) 
natiqlik təcrübəsində səmərəli priyom kimi tətbiq edilir. Bu baxımdan xatirədə 
qalan bir əhvalatı söyləməyi lazım bildik. 1966-cı ilin iyul ayının axırında (26-da) 
qəbul imtahanlarında iştirak edəcək müəllimləri Mərkəzi Komitəyə dəvət 
etmişdilər. Mərkəzi Komitənin yerləşdiyi binanın altıncı mərtəbəsi adamla dolu 
idi. Ali məktəbin seçmə müəllimləri zala toplaşmışdılar. Adam çox olduğundan 
dəvət edilənlərin bir hissəsi ayaqüstə durmuşdu. Bərk isti idi. Mərkəzi Komitənin 
müəllimlərlə görüşəcək işçiləri təyin olunan vaxtdan xeyli gec zala daxil oldular. 
Onlardan birini dərhal tanıdıq. O, Şıxəli Qurbanov idi. Birinci olaraq ali məktəblər 
şöbəsinin müdiri çıxış etdi. Rusca danışırdı. O, zalda oturanlara qəbul imtahanı ilə 
bağlı dəqiqəbaşı hədə-qorxu gəlirdi. Zalda istidən, sıxlıqdan, məsul işçinin 
hədələrindən böyük bir gərginlik hökm sürürdü. Növbəti çıxışı Ş.Qurbanov etdi. 
O, nitqini belə bir məzəli əhvalatla başladı: “Bir ailənin yeganə övladı, oğlu vardı. 
Ər-arvad oğlanlarının böyük toyunu görmək arzusu ilə yaşayırdılar. Onlar 
çağırılan toyların hamısında iştirak edirdilər ki, gələcəkdə də oğlanlarının toy 
məclisinə istədikləri qədər adam dəvət edə bilsinlər. Vaxt gəlib çatır. Ər-arvad 
yeganə oğullarının toyuna hazırlaşırlar. Hərəsi bir tərəfdən adamları toya dəvət 
edir. Hesab itdiyindən toya nəzərdə tutduqlarından xeyli çox adam gəlir. Toy 
otağı kiçik olduğundan qonaqların çoxu ayaqüstə qalır. Ev sahibi qonaqları 
salamlayaraq deyir ki, heç fikir çəkməyin, yerimiz dar olsa da siz qonaqlar üçün 
ürəyimiz genişdir. Arxada ayaqüstə duranlardan biri özünü saxlaya bilməyib 
dilləndi:


56 
- Zalım oğlu, ürəyin belə genişdirsə, bu toyu orada, ürəyində eləyəydin
daha camaatı çağırıb ayaqüstə saxlamayaydın. 
Ş.Qurbanov (Mərkəzi Komitənin katibi) bu məzəli əhvalatı danışıb 
qurtardıqdan sonra müşavirəyə gec gəldikləri, həm də adamları ayaqüstə 
saxladıqları üçün zaldakılardan üzr istədi və bundan sonra çıxışının rəsmi 
hissəsinə keçdi. Natiqin şəraiti nəzərə alaraq işlətdiyi belə bir priyom yaranmış 
gərginliyi dərhal aradan qaldırdı. Bu səmimiyyətdən razı qalan zal onu axıra 
qədər böyük maraq və diqqətlə dinlədi. 
Təkcə nitqin başlanğıcı deyil, məzmununun şərhi, söhbətin yekunlaş-
dırılması, nəticə və tövsiyələrin verilməsi zamanı da natiqlər özünəməxsus orijinal 
üsullar işlədirlər. Lakin nitqin ənənəvi formalarından uzaqlaşıb orijinallıq xatirinə 
novatorluğa meyl etmək heç də bütün hallarda lazımi effekt verə bilmir. Bu, 
natiqlik sənətində daha geniş təcrübəsi olan mühazirəçilər – müəllimlər üçün 
xarakterikdirsə, natiqlik sənətinə hələlik yiyələnməmiş adamlar, xüsusən gənc 
natiqlər, müəllimlər üçün məsləhət deyildir. 
Nitqin orijinallığını təmin edən vasitələrdən biri də bədii təsvir 
vasitələridir. Bədii təsvir vasitələrindən (bura daxildir: məcazi mənada işlədilən 
söz və ifadələr, təşbeh, metafora, mübaliğə və s. müxtəlif üslubi priyomlar – 
sözlərin təkrarı və ya buraxılması, inversiya, ritorik-natiqanə suallar və s.) 
yerində, həm də uyarlı bir şəkildə istifadə nitqi təsirli, parlaq, obrazlı etməklə 
bərabər, ona orijinallıq da gətirir. Həmin vasitələrdən nitqdə istifadə bacarığına 
yiyələnmək üçün natiq müntəzəm olaraq bədii əsərləri mütaliə etməli, yazıçı və 
şairlərin dilindəki natiqlik sənəti baxımlından daha yararlı və münasib söz və 
ifadələrə, digər təsvir vasitələrinə diqqət yetirməli, onlardan yeri gəldikcə istifadə 
etməyə çalışmalıdır. Volterin təbirincə desək, 
adamlar yaxşı yazıçıları mütaliə 
etdikcə yaxşı danışmağa vərdiş edirlər. 
Nitqin orijinallığına xələl gətirən səbəblərdən biri mühazirəçinin hazır, 
basmaqəlib ifadələr işlətməsidir. Məsələn, 
daxili imkanlardan istifadə, problemi 
aradan qaldırmaq, sözü gedən rəhbər işçilər, məsələni dəstəkləmək, işləmə 
mexanizmi, məişət problemləri, dünya standartlarına uyğun
və s. Natiq bu tipli 


57 
ifadələri işlətməkdən mümkün qədər çəkinməli, bunun əvəzinə daha uyarlı 
ifadələrdən istifadə etməklə nitqini aktuallaşdırmalıdır. 

Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin