Nitq mədəniyyətinin əsasları



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə22/145
tarix17.10.2023
ölçüsü2,09 Mb.
#130529
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   145
Azf-277620

Batan günün şöləsilə yanır neçə aynabənd, 
Dalır axşam sükutuna sahil, meşə, tarla, kənd. 
Xışıldayır yol üstündə yenə körpə qovaqlar, 
Suya gedən qızlar dönür, yalqız qalır bulaqlar. 
Orda-burda ocaq tutur, evlər çıraq yandırır, 
Uçan durna, sönən qürub nağılları andırır. 


62 
 
Ə.Cəmilin “Kənddə bahar axşamı” şeirindən götürülmüş bu parça canlı 
bir bahar lövhəsidir. Oxucu bu canlı tablonun gözəlliyinə heyran qalır, onun qəlbi 
xoş duyğularla dolur. Mahir ifaçı intonasiya vasitəsilə bu tablonu daha da 
canlandırır, ona əlavə çalarlar, rənglər verir. Kəndin bahar axşamını bütün 
gözəlliyi ilə dinləyicinin önündə canlandırır. 
İntonasiya həm danışıq, həm də oxu prosesi ilə bilavasitə əlaqədar olan ən 
xarakterik tələffüz hadisəsidir. Ünsiyyət prosesində danışan məqsədinə müvafiq 
şəkildə nitqinə müxtəlif səs tərtibatı verir. Başqa sözlə, danışıq prosesində 
təfəkkür fəaliyyətinin nəticəsi olan nitq rəngarəng intonasiya çalarına, boyalığına 
malik olur. Professor Ə.Dəmirçizadə yazır: “Danışarkən cümlənin təkcə məzmunu 
deyil, həm də nə məqsədlə söylənilmiş olması cümlədəki sözlərin necə 
səslənməsinə təsir edir. Yəni səs bəzən ucalır, bəzən əksinə, daha da alçalır, bəzən 
ucalır, bəzən qısalır, bəzən nitq axını kəsik-kəsik tələffüz olunur, bəzən isə əksinə, 
calaşıq bir silsilə təşkil edir və beləliklə də ibarə və cümlə boyu səslənmənin 
müxtəlif çalarlıqlı və müxtəlif kəmiyyətli dalğaları yaranır. Bununla da nitqin 
ritmik və melodik cərəyanı formalaşır ki, buna avazlanma (intonasiya) deyilir” 
(19, 165).
Oxu prosesində isə vəziyyət bir qədər başqadır. Nitqin yazılı formasında 
müəllifin yalnız məntiqi təfəkkürünün nəticələri verilir. Burada oxuyanın məqsədi
yazılı şəkildə verilmiş olan müəllif fikrini açmaq, onu səsləndirməkdir. 
İntonasiya nitqdə elə incə emosional münasibətlər yaradır ki, heç bir 
formal əlamət onu yarada bilməz. İntonasiya cümlənin, ifadənin, ayrıca götürül-
müş sözün təsir qüvvəsini nəinki artıra, onun əslində ifadə etdiyi mənanı təhrif 
edə, ya da tamamilə əks mənada başa düşülməsinə səbəb ola bilər. İntonasiya 
vasitəsilə adi fikri ifadə edən ən “nəzakətli” sözlərlə dinləyicinin qəlbinə dəymək 
olar. Məsələn, 
buyurun oturun, bağışlayın, üzr istəyirəm, xoş gəlmişsiniz, bəli, 
əhsən, təşəkkür edirəm
və s. kimi nəzakət və hörmət mənasını ifadə edən sözlər 
bəzi məqamlarda rişxənd, istehza, hiddət, qəzəb, kinayə, etiraz və s. bildirən 
intonasiya boyaları ilə də işlədilə bilər. Rus dilinin intonasiyası üzərində tədqiqat 


63 
aparan prof.V.A.Artemov “осторожна” sözünün 22 intonasiya çalarında, daha 
doğrusu 22 mənada deyilə bildiyini eksperiment yolu ilə müəyyən etmişdir. 
Bernard Şou “bəli”, “yox” sözlərinin 50 ifadə tərzində işlətməyin, müxtəlif 
kommunikativ münasibət bildirməyin mümkün olduğunu göstərmişdir. Dilimiz-
dəki “salam” sözünün müxtəlif intonasiya çalarları vardır. Həmin təkmənalı sözü 
rəğbət, kinayə, qərəz, coşqunluq, istehza, açıq, təntənə, qəzəb, təkəbbürlük, 
lovğalıq və s. kimi çoxlu çalarlarda ifadə etmək mümkündür. Poeziyamız into-
nasiya rəngarəngliyi baxımından çox zəngindir. Burada S.Vurğunun məşhur 
“Şair, nə tez qocaldın sən?” şeirini xatırlamaq yerinə düşər. 
Dediklərimizdən belə bir nəticəyə gəlirik ki, fransız fonetiki Qrammonun 
dediyi kimi “cümlələri əmələ gətirən sözlər onun yalnız “skeletidir”, bu skeletə 
hərəkət və həyat verən intonasiyadır. İntonasiya müəyyən bir məzmunun özünə-
müvafiq forma ilə ifadə olunması vasitələrindən ən başlıcasıdır”. 
Natiq oxusu üzərində aparılan müşahidələr göstərmişdir ki, danışıq, 
xüsusən mətnlərin qiraəti zamanı intonasiya qaydalarının pozulması ilə bağlı 
qüsurlara yol verilir. Normal intonasiyadan uzaqlaşmanın bir halı danışıq və 
oxuda sürətin həddindən artıq olmasıdır. İnformasiyanın aşıb-daşdığı indiki 
zamanda sürətli danışıq və oxuya üstünlük verilir. Lakin belə oxu sürəti normal 
oxu, natiqin, müəllimin oxusu baxımından o qədər də xarakterik deyildir. Sürətli 
danışıq və qiraətdə oxunanları və söylənilənləri tutmaq, anlamaq, mənimsəmək 
bir qədər çətin olur. 
İntonasiya ilə bağlı qüsurun başqa bir forması oxu və danışıq sürətinin 
normadan bir qədər yavaş olmasıdır. Belə nitqdə dinamika zəif, sözlər, nitq 
taktları, cümlələr arasındakı pauzaların müddət ölçüləri normadan artıq olur. 
Yavaş oxu danışıq və qiraətdə monotonluğa gətirib çıxarır, dinləyici yorulur, 
eşitdiyini tam şəkildə mənimsəyə bilmir. 
Natiqlərin, mühazirəçilərin içərisində yüksək templə danışan və oxuyan-
lara da rast gəlinir. Yüksək templə danışmaq və oxumaq öz-özlüyündə müsbət 
haldır. Lakin müəyyən hüduda qədər, hüduddankənar danışıq və oxu səs-küy 
kimi qarşılanır, belə oxu dinləyicini yorur, çox vaxt ətrafdakılara da mane olur. 


64 
Natiqlik təcrübəsində aşağı tonla danışan və oxuyanlara da təsadüf olunur. 
Belə nitq ünsiyyətə istənilən səviyyədə xidmət edə bilmir. O, dinləyiciyə çatmır. 
Aşağı tonla danışıq və oxu dinləyənin eşitmə orqanını daima gərgin vəziyyətdə 
saxlayır. Bu cür oxu, danışıq natiqlik praktikasında məqbul hesab olunmur. 
Danışıq və xüsusən oxuda özünü göstərən ümumi bir qüsur intonasiyaca 
kasıblıqdır. Bu o deməkdir ki, danışıq, xüsusən oxuda müəyyən məzmun, müxtəlif 
emosional vəziyyətlər (alicənablıq, ağrı, abır, bədbəxtlik, əsəbilik, əzab, ələm, 
qəzəb, qeyz, qeyrət, qayğı, qüssə, zövq, etinasızlıq, inam, iftixar, iztirab, yəqinlik, 
qəhərlənmək, dəhşət, vahimə, diksinmə, öyünmə, fəxretmə, qərarsızlıq, acizlik, 
vüqar, iddia, yaxşılıq, yamanlıq və s.) uyğun informasiya çaları ilə verilə bilmir, 
dilimizin zəngin intonasiya çalarları zəif nəzərə çarpır. Bu məqsədlə dinlədiyimiz 
bir çox natiqin oxusunda sual, nida intonasiyası, müxtəlif növ vurğular, pauzalar 
və s. demək olar ki, yox dərəcəsindədir. Belələri çox zaman bədii mətni ifadəli 
oxumaqdan çəkinir və açıq-açığına boyun qaçırırlar.
İntonasiya ilə bağlı göstərdiyimiz qüsurlar danışıq və oxunun keyfiyyətini 
aşağı salır, nitqin təsir gücünü azaldır, onun (nitqin) dərk olunmasını, qavranıl-
masını çətinləşdirir. Natiqin danışığı, qiraəti intonasiya ahəngdarlığı baxımından 
fərqlənməli, intonasiyaca zəngin olan nitqi dinləyicilərdə xoş ovqat və təəssürat 
yaratmalı, onların qəlbinə rahatlıq gətirməlidir. Natiq səsinin ahəngi ifadə edəcəyi 
fikrin məzmun və qayəsinə uyğun olmalıdır. K.S.Stanislavskinin aşağıdakı fikri 
bu baxımdan dəyərlidir. “Danışıq, şeir özü də musiqidir. Danışıqda da, şeirdə də 
səs məlahətli olmalıdır, skripka kimi səslənməlidir, taxtaya dəyən noxud kimi 
taqqıldamamalıdır. Elə etmək lazımdır ki, danışıq muncuq kimi düzülsün, 
qovuşsun, hecalara bölünməsin”.
Nitqin intonasiyası kompleks dil hadisəsidir. İntonasiya tələffüzün dörd 
elementi – fasilə, vurğu, melodiya və tempi özündə birləşdirir. Bütün hərəkətlər 
kimi nitq başlanğıca (hərəkətin doğması), davama (hərəkətin inkişafı və müəyyən 
istiqamətə yönəlməsi) və sona (hərəkətin kəsilməsi) malikdir. Canlı nitqdə daim 
müəyyən bir hərəkət, surət, güc, fasilə özünü göstərir ki, bunlar intonasiyanın 
yuxarıda göstərilən dörd elementi ilə əlaqədardır. Nitqin gücü, zərbəsi, dinamikası 


65 

Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin