87
Sən sabah
Qədirlə
görüşəcəksən? Sabah Qədirlə
sən
görüşəcəksən? Sən
Qədirlə
sabah
görüşəcəksən?
Sual intonasiyası ilə yaranan sual cümlələrində məntiqi vurğunun hansı
sözün üzərinə düşməsindən asılı
olmayaraq, xəbər həmişə cümlənin digər
üzvlərinə nisbətən qüvvətli deyildir. Belə cümlələrdə xəbərin son hecası bir qədər
uzadılaraq tələffüz olunur ki, bu uzanma heç bir
formal əlamət olmadan sual
intonasiyasını yaradır.
Sual əvəzlikləri
ilə əmələ gələn cümlələrində sual əvəzlikləri cümlədəki
yerindən asılı olmayaraq hər bir halda məntiqi vurğu qəbul edir.
Kim bizim uğurlarımıza şübhə edə bilər?
Bu cümlədə sual bildirən “kim” sözü məntiqi
vurğu qəbul etdiyi üçün
yüksək intonasiya ilə deyilməlidir. Əvvəlində sual əvəzliyi gələn belə cümlənin
sonuna doğru səs tonu alçalır. Məsələn;
Nədir dinlədiyim bu xoş nəğmələr?
(S.Vurğun)
Sual əvəzliyi cümlənin ortasında gəldikdə o yüksək intonasiya ilə tələffüz
olunur. Məsələn;
Kəndə necə gedib çıxacaqsan? Maşını alana qədər kimdən
çörək pulu istəyəcəksən?
(İ.Ə.) və s.
Sual əvəzliyi cümlənin sonunda gələrsə, həmin söz məntiqi vurğu altında
yüksələn səs tonu ilə oxunacaqdır. Məsələn;
Axan sular, sən kiminsən?
Mənə körpü salanın.
Doğan günəş, sən kiminsən?
Məndən işıq alanın.
Sonsuz fəza, sən kiminsən?
Məndə qanad salanın.
Həyat, söylə, sən kiminsən?
Mən həyatı öyrənənin,
Bacaranın, alanın
(C.C.)
88
Sual cümlələrinin başqa bir qismi sual şəkilçilərinin (-mı, -mi, -mu, -mü)
köməkliyi ilə düzəlir. Məsələn;
Hə, buruq xoşuna gəldimi?
(M.M.) ; Məhəbbət
öz-özlüyündə gözəl duyğu deyilmi? (İ.Ə.).
Bu cümlələrin xəbərləri (gəldimi, deyilmi) sual ədatı ilə işlənmişdir. Sual
ədatları əksərən cümlənin xəbəri ilə əlaqədar olur. Lakin bəzən məntiqi vurğudan
asılı olaraq, başqa sözlərə də qoşula bilir.
Dostları ilə paylaş: