Nitq mədəniyyətinin əsasları



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə45/145
tarix17.10.2023
ölçüsü2,09 Mb.
#130529
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   145
Azf-277620

belə 
ki, ona görə ki
 s
özlərinin yerində işlənmişdir. 
Cümlələr arasında fikir ziddiyyəti, qarşılaşdırma, müqayisə olduqda, 
ikinci cümlə birinci cümlənin nəticəsi kimi meydana çıxır. Birinci cümlə səs 
tonunun yüksəldilməsi və axırıncı sözdən sonra birdən-birə fasilə edilməsi ilə 
tələffüz olunur. İkinci hissədə səs tonu xeyli aşağı enir. Məsələn;
Firuzə çox söz dedi, onlardan heç biri Həsənin yadında qalmadı
(M.İ.).
Tabeli mürəkkəb cümlənin
də özünəməxsus intonasiyası, deyim tərzi 
vardır. Bu, budaq cümlənin yerindən asılı olaraq müxtəlif şəkildə özünü göstərir. 


96 
1. Budaq cümlə baş cümlədən sonra gəlirsə, baş cümlənin sonunda səs 
tonu bir qədər yüksəlir, ondan sonra müəyyən fasilə edilir, budaq cümlə isə 
alçalan tonla, nəqli cümlə tonu ilə ifadə olunur. 
Pristavın xanımı qonaqlara təklif etdi ki, buyursunlar, çayın kənarında 
əyləşib çəməndə çay içsinlər
(C.M.). Bu nümunədə budaq cümlə baş cümləni həm 
məna, həm də intonasiyaca tamamlayır. Cümlənin bütövlükdə intonasiyası budaq 
cümlənin sonunda tamamlanmış olur. 
2. Budaq cümlə baş cümlədən əvvəl gəlirsə, budaq cümlə yüksələn, baş 
cümlə isə bir qədər alçalan səs tonu ilə deyilir. Bu tipli cümlələrdə budaq cümlə 
ilə baş cümlə arasında davamlı fasilə edilir.
Kim ki, camaata xor baxır, elə bil öz əliylə öz gözlərini bağlayır
(M.İ.).
3. Budaq cümlə baş cümlənin içərisində gələrsə, baş cümlənin birinci 
hissəsi bir qədər yüksək, budaq cümlə isə nəzərə çarpacaq yüksək tonla tələffüz 
olunur. Baş cümlənin qalan hissəsi alçalan səs tonu ilə deyilir. Bu tipli cümlələrin 
tələffüzündə budaq cümlə baş cümlədən həm əvvəl, həm də sonra davamlı fasilə 
ilə ayrılır. 
O şəhər ki, bu əhvalat orda vaqe olub., Araz çayına yavuq şəhərlərdən 
biridir
(C.M.). 

Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin