Nitq mədəniyyətinin əsasları



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə54/145
tarix17.10.2023
ölçüsü2,09 Mb.
#130529
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   145
Azf-277620

Ġctimai-siyasi nitq.
İctimai-siyasi nitq digərlərinə nisbətən daha çox 
inkişaf etmişdir. İctimai-siyasi hadisələrlə bağlı kütlə qarşısında, eləcə də radio və 
televiziya vasitəsilə edilən çıxışlara tez-tez qulaq asırıq. Respublikamızın prezi-
denti möhtərəm İ.Əliyev cənablarının ölkənin daxili və xarici vəziyyəti, ölkə 
daxilində gedən ictimai-siyasi hadisələrə həsr olunan çıxışları siyasi natiqliyin 
dəyərli nümunələridir. İstər respublikamızda, istərsə də xarici ölkələrdə, ən 
mötəbər məclislərdə onun yığcam və olduqca mənalı çıxışları, nitqləri çox böyük 
razılıqla dinlənilir. Bu nitqlər dövlətimizin apardığı xarici və daxili siyasətə 
qiymət verir, onu düzgün yola istiqamətləndirir. 


112 
Ulu öndərimiz H.Əliyevin nitqləri natiqlik sənəti baxımından xüsusilə 
səciyyəvidir. O, ölkəmizdə siyasi natiqliyin əsasını qoymuşdur. Dövrün bu 
görkəmli dövlət xadiminin natiqlik məharəti həm elmlik, həm linqvistik, həm də 
publisistik cəhətdən təhlil olunmalı, öyrənilməlidir. Ali məktəblərdə tədris olunan 
“Nitq mədəniyyətinin əsasları” fənninə bu barədə ayrıca bölmə daxil edilməlidir. 
Qoy bizim gənclər Heydər Əliyev natiqliyinin sirlərinə bələd olsunlar, onun 
məziyyətlərini əxz etsinlər, öz ixtisasları ilə yanaşı, həm də gözəl natiq, söz ustası 
kimi yetişsinlər. 
Məhkəmə natiqliyi.
Bu nitq dilin bütün funksiyalarını (ünsiyyət, xəbər, 
təsir funksiyalarını) yerinə yetirir. Ona görə natiqliyin bu növündə bütün dil 
üslublarından, xüsusən elmi və rəsmi üslublardan – elmi terminlər, hüquqi kateqo-
riyalar, standart formulalar işlədilir ki, bu da təbiidir. Ona görə ki, məhkəmə 
prosesində hüquqi təhsili və müəyyən hüquqi savadı olanlar danışır, fikir və 
mülahizələrini söyləyirlər. Məhkəmə natiqliyində ehtiyac duyulduqda digər nitq 
üslublarından – istimai-siyasi məlumat vermək, təbliğat və təşviqat məqsədilə 
publisistik, nitqin təsirini artırmaq, onun mahiyyətini uğurlu bir tərzdə verə 
bilmək üçün bədii üslublardan da istifadə etmək olar. Bu nitqə prokuror, vəkil, 
müttəhim, şahid, hakim və xalq iclasçılarının nitqi daxildir. Həmin nitq forma-
larından bir qismi (prokuror və məhkəmənin nitqi) ittihamedici, digər isə (vəkil və 
müttəhimin nitqi) müdafiəedici xarakterdə olur.
İttihamçının nitqi yüksək səviyyədə olmalıdır. O, səlis və aydın danışmağı 
bacarmalıdır. Bu nitq dərin təhlilə, sübutlara, faktlara, obyektivliyə, əda-lətə, 
qanun aliliyinə əsaslandığı təqdirdə təsirli və inandırıcı olur. 
Müdafiəçinin (vəkilin) çıxışları da sübutlu, dəlilli olmalıdır. Məhkəmə 
prosesində qaldırılan vəsadət hadisələrin dərin təhlilindən alınan məntiqi nəticə-
lərə əsaslanmalıdır. Vəkil dəqiqliyə, səmimiliyə, qanunun aliliyinə riayət etmə-
lidir. 
Məhkəmə natiqliyi tarixi etibarilə daha qədimdir. Hələ eradan əvvəl 
qədim quldarlıq dövləti olan Yunanıstanda natiqlik sənətinin bu növünə böyük 
əhəmiyyət verilmişdi. Məşhur Solon qanunlarının müəyyən maddəsi öz şəxsi 


113 
mənafeyini müdafiə edə bilmək üçün məhkəmədə nitq söyləməyi hər bir afina-
lının borcu hesab edirdi. Bu qanun qədim Yunanıstanda, eləcə də Roma respub-
likasında məhkəmə natiqliyinin inkişafına böyük təkan vermişdir. Lisi, İsey, 
Siseron Afinada məhkəmə natiqi kimi şöhrət qazanmışdılar. 
XIX əsrin ikinci yarısında nitqin bu növünün gözəl nümunələrinə Qərbi 
Avropanın bir sıra ölkələrində, həm də Rusiyada rast gəlinir. Rusiyada dövrün 
qabaqcıl ziyalıları, alimlər və başqaları məşhur vəkillərin, ittihamçıların, bəzən də 
müttəhimlərin nitqini dinləmək üçün məhkəmə salonlarına gedirlər. Azərbaycanda 
da məhkəmə natiqliyinin müəyyən tarixi vardır. Məhkəmə salonlarında alovlu 
nitqlər söyləyən, adamların hüquqlarını müdafiə etməyi bacaran vəkillərin nitqi 
ictimaiyyət tərəfindən həmişə qiymətləndirilmiş, təqdir olunmuşdur. Uzun illər 
xalq hakimi, sonra da vəkil işləmiş adlı-sanlı ədliyyə müşaviri İman İmanovun 
natiqliyi barədə dəfələrlə eşitmişdik. Bir dəfə təsadüfən ali məhkəmə zalında bir 
müdafiəçi kimi onun çıxışını dinləmək bu sətirlərin müəllifinə müyəssər oldu. Bir 
qədər pafosla söylənilən bu nitq adamı valeh edirdi. O, söz alıb ayağa qalxdı, ani 
olaraq susdu. Bu başlanğıc fasiləsində natiq auditoriya ilə əlaqə yaradır, diqqəti 
cəlb edir, özü haqda ilk təəssürat yaradırdı. Natiq nisbətən yavaş, bir qədər asta 
templə ifadə etdiyi “Möhtərəm hakimlər” müraciəti ilə nitqinə başladı. Natiq 
fikrini aydın ifadə edə bilmək üçün olduqca münasib sözlər, ifadələr işlədir, 
dediklərini əsaslandırmaq məqsədilə yeri gəldikcə faktlara, dəlillərə müraciət edir, 
şərhini məntiqi əsasda qurmağa çalışırdı. Onun nitqi rabitəli idi, fikirlər bir-birini 
tamamlayır, ikinci dərəcəli məsələlər əsas fikrin, mətləbin açılmasına, dinləyiciyə 
çatdırılmasına xidmət edirdi. Natiq yeri gəldikcə obrazlı ifadələrdən, zərbi-məsəl-
lərdən, aforizmlərdən, rəngarəng müraciət formaları və sairdən istifadə edirdi. Bu 
nitq intonasiya cəhətdən zəngin və xoşagəlimli idi. Nitqin sonu başlanğıcla 
əlaqələndirildi ki, bu onun kompozisiya baxımından tamlığını təmin etdi. Natiqə 
qulaq asan dinləyicilər hiss etdilər ki, daha hər şey aydındır. 
Məhkəmə natiqliyindən söhbət düşəndə İ.İmanov onun uğurlu nəticələr 
verməsi üçün aşağıdakıları əsas sayırdı: 


114 
1)
natiq nitqin predmetini yaxşı bilməli, onun müsbət və mənfi cəhətləri 
natiq üçün aydın olmalıdır; 
2)
natiq ana dilinin zənginliklərindən, ifadə vasitələrindən istifadə 
etməyi bacarmalıdır; 
3)
yalan danışmamalıdır. 
Məhkəmə praktikasında belə natiqlər çox olmuşdur. Təəssüf ki, onların 
natiqlik məharəti ilə bağlı müəyyən bir vəsait yazılmamışdır. Hazırda ədliyyə 
sistemində işləyənlərin, xüsusilə hüquq təhsili verən müəssisələrin məhkəmə 
natiqliyinə dair vəsaitə böyük ehtiyac vardır. Bu gün universitetlərin hüquqşünas 
fakültələrində tələbələr həm də mahir natiq kimi yetişməli, formalaşmalıdırlar. 

Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin