Nitq mədəniyyətinin əsasları



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə59/145
tarix17.10.2023
ölçüsü2,09 Mb.
#130529
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   145
Azf-277620

Fonetik normalar.
Ədəbi dilin səs sistemi də normalar əsasında 
tənzimlənir. Səslərin sözlərdə müəyyən düzülüş forması və ünsiyyətdə məqbul 
sayılan fonetik dəyişmələrə uyğun variantları və ənənəvi deyiliş forması norma 
kimi qəbul olunur. Məsələn, dilimizin ahəng qanununa görə şəkilçilər sözlərin son 
hecasının ahənginə uyğun olaraq onlara qoşulur. Əgər 
binalar, anam, almaq, 
gəlmək 
kimi sözlərdə şəkilçilər 
bunalər, anəm, almək, gəlmax
şəklində işlədilirsə, 
bu, fonetik normaya görə qüsur sayılır. Başqa bir misal: dilimizdə şəkilçi 
tərkibində e, o, ö saitləri işlənmir. Yerli dialektdə sözlər 
aton, nənön, gəler, alacek 
kimi işlədilirsə, deməli, burada da fonetik norma pozulmuş olur. Azərbaycan 
dilinə məxsus sözlərdə vurğu, əsasən, sözün son hecası üzərinə düşür. Bəzilərinin 
danışığında sözlər o`xu, da`ha, ba`şla, a`rzu, i`sim, si`fət kimi tələffüz olunursa, 
yaxud mənəvi, mavi, vadar (etmək) kimi sözlərin birinci hecasındakı qısa tələffüz 
olunursa bu da fonetik normadan uzaqlaşmadır. Dilimizin orfoepik qaydaları 
fonetik normalara əsaslandığından təkrara yol verməmək üçün bu barədə (fonetik 
normalar barədə) ədəbi tələffüzlə bağlı hissədə bir qədər geniş söhbət açmağı 
lazım bildik. 
Leksik normalar
sözlərin incəlik, zəriflik, rəvanlıq cəhətdən daha geniş 
işlənməsi, mənasının asan dərk olunması və s. baxımından uyarlısının 
müəyyənləşdirilməsi və ədəbi dilə gətirilməsinə xidmət edir. Bu normalara görə 
sözlərin ədəbi dildə işlənməsi aşağıdakı hallarda məqbul sayılmır:
a) sözlərin yerli şivə və dialektlərdə işlənən və ümumiyyət tərəfindən az 
anlaşılan variantları: məs.: 
cəviz
(qoz), 
sərək
(ağılsız), 
soruq 
(döşəkağı), 
qəlbi 
(hündür),
 tumo
(zökəm) və s.
 


121 
b) köhnəlmiş, ünsiyyətdə az işlənən sözlər. Bura tarixizmlər və arxaizmlər 
daxildir. Məsələn, 
çuxa, əba, xış, badya
(qab), 
dünğ, kəndxuda, suç, çuar 
(su 
çuarı) və s.
c) loru sözlər və ifadələr. Məsələn, 
zırpı
(böyük), 
lələş, qağa, fışqırıq, 
dürtmək, anqırmaq, bağırmaq, böyürmək
və s.
ç) sözlərin yerində işlənilməməsi. Məsələn,
Azərbaycan xalqı yaxşı 
yaşamağa məhkumdur 
(layiqdir əvəzinə); 
Biz bunlara müdaxilə göstərməyə
(etməyə əvəzinə) 
çalışdıq; Adama necə də həzz verirdi
(ləzzət verirdi əvəzinə).
 Bu 
il havaların pis keçməsilə bağlı qəbahət
(çətinlik əvəzinə) 
yaranmışdır; İcazə 
verin sizdən bir sual soruşum (
sual verim əvəzinə) və s.
e) söyüş xarakterli sözlər, ifadələr.

Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin