123
tərəfindən qəbul edilən orfoqrafik qaydalar xalqa, milyonlara xidmət edir. Bu
qaydalar dövlət tərəfindən təsdiq olunur, onun tələblərinə əməl etmək hamı üçün
vacib sayılır.
Dilimizin orfoqrafiyası cəmiyyətdə baş verən
ictimai-siyasi hadisələrlə
bağlı dəfələrlə yeniləşmiş, köhnə, dildə əsası qalmayan ünsürlər atılmış, bu yolla
yazı qaydaları dürüstləşdirilmiş və təkmilləşdirilmişdir. Orfoqrafiyamızın təkmil-
ləşdirilməsi istiqamətində aparılan dəyişikliklər, yeniliklər hər dəfə layihə
şəklində respublikanın ali və orta məktəblərində, yazıçıların,
mətbuat orqan-
larının və digər əlaqədar təşkilatların yığıncaqlarında geniş bir şəkildə müzakirə
olunmuş, bu müzakirələrdə söylənilən faydalı, elmi təkliflər nəzərə alınaraq,
orfoqrafiyada müəyyən dəyişikliklər aparılmışdır. Bu dəyişikliklərlə bağlı
orfoqrafiya lüğətlər də hər dəfə yenidən tərtib edilərək nəşr olunmuşdur. İlk
orfoqrafiya lüğəti 1929-cu ildə (1925-ci ildə qəbul edilmiş orfoqrafiya qaydaları
əsasında) nəşr edilmişdir. 1939-cu ildə yeni əlifbaya keçməklə əlaqədar orfo-
qrafiya qaydalarında xeyli dəyişikliklər edilmiş, həmin dəyişikliklər 1940-cı ildə
nəşr olunan orfoqrafiya lüğətində öz əksini tapmışdır. Bu lüğətə 21 mindən artıq
söz daxil edilmişdir. 1958-ci ildə qəbul olunmuş orfoqrafiya qaydaları əsasında
1960-cı ildə növbəti lüğət (üçüncü lüğət) nəşr olunmuşdur. Lüğət 58 minə qədər
sözü əhatə edir. Bu lüğət dilimizin müasir leksikasını
əks etdirə bilmək
baxımından, təbii ki, köhnəlmişdir. Lüğətin tərtibindən keçən vaxt ərzində elm,
texnika və mədəniyyətin inkişafı, ictimai quruluşun dəyişilməsi, sosial həyatın
digər sahələrindəki tərəqqi və yeniliklərlə əlaqədar dilimizin lüğət tərkibi də xeyli
zənginləşmişdir. Dildə bunun əksinə də proses baş vermişdir: bir sıra
söz və
terminin işlənmə tezliyi zəifləmiş, onların bir çoxu ünsiyyətdən çıxmışdır. Bütün
bu hadisələr yeni tərtib olunacaq orfoqrafiya lüğətində öz əksini tapmalı idi.
Azərbaycan Respublikasının Prezidentinin 26 may 2004-cü il tarixli qərarı
ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi yeni orfoqrafiya
qaydaları bu sahədəki ehtiyacı ödəmək baxımından olduqca önəmli bir rol oynadı.
Hal-hazırda yeni orfoqrafiya qaydaları əsasında tərtib olunmuş orfoqrafiya lüğəti
çapdan çıxmışdır. Lüğət öz həcminə, tutumuna, sözlərin sayına görə fərqlənir.
124
Belə ki, 1975-ci ildə kiril əlifbası ilə çap edilmiş sonuncu “Azərbaycan
dilinin
orfoqrafiya lüğəti” (artırılmış və təkmilləşdirilmiş üçüncü nəşri) cəmi 58.000 sözü
əhatə edirdisə, latın qrafikası ilə nəşr olunan yeni orfoqrafiya lüğətində 80.000-ə
yaxın sözün düzgün yazılışı göstərilmişdir.
Dildə, xüsusilə onun lüğət tərkibində otuz ilə yaxın müddət ərzində baş
vermiş yeniliklər, dəyişikliklər yeni orfoqrafiya lüğətində öz əksini tapmışdır.
Şübhəsiz, dil daimi inkişaf edir, onda yeni sözlər yaranır və ünsiyyət prosesində
istifadə olunur. Bu sözlərin də tərtib olunacaq növbəti lüğətə salınması zəruri
hesab edilir.
Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti, ümum-
milli liderimiz H.Əliyevin 2 yanvar 2003-cü il tarixli fərmanı ilə qüvvəyə minmiş
“Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının
Qanunu”nun 13-cü maddəsinin 2-ci bəndində yazılır: “Müvafiq icra hakimiyyəti
orqanı 5 ildə bir dəfədən az olmayaraq yazı dili normalarını təsdiq edən lüğətin
(orfoqrafiya lüğətini) nəşr olunmasını təmin edir”.
Dilimizin tətbiqi dairəsinin günü-gündən genişləndiyi indiki zamanda
yeni orfoqrafik qaydaların təsdiqi,
ona müvafiq təkmil lüğətin, dildə hər gün
yaranan və kənardan daxil olan söz və ifadələrin yazılışını göstərən yeni sorğu
kitabları “Yeni sözlərin orfoqrafiya lüğəti”, “Necə yazılmalıdır?”, “Bitişik, yoxsa
ayrı?”, “Biz düzmü yazırıq?”, “Orfoqrafiyamızda mübahisəli məsələlər” və s.
başlıqlar altında nəşr olunub istifadəyə verilməlidir. Belə vəsaitlər orfoqrafiyadakı
dəyişiklikləri, yenilikləri operativ şəkildə diqqətə çatdırmaq, göstərmək baxımın-
dan əhəmiyyətli, vacib sayılmalıdır.
Orfoqrafiya qaydaları tərtib olunarkən üç prinsip əsas götürülür: fonetik,
morfoloji və tarixi-ənənəvi prinsip.
Dostları ilə paylaş: