Nitq mədəniyyətinin əsasları


Qeyd .  Qruppa, antenna, tonna, apparat, parallel sözləri və  -ma



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə66/145
tarix17.10.2023
ölçüsü2,09 Mb.
#130529
növüDərs
1   ...   62   63   64   65   66   67   68   69   ...   145
Azf-277620

Qeyd

Qruppa, antenna, tonna, apparat, parallel
sözləri və 
-ma
hecası ilə 
qurtaran sözlər aşağıdakı kimi yazılır: 
qrup, antena, ton, aparat, paralel, diaqram, 
proqram, stenoqram, teleqram
...


130 
Şəkilçilərin yazılışı 
Sözdüzəldici şəkilçilər aşağıdakı kimi yazılır: 
Bir cür yazılan Ģəkilçilər:
1) –i və ya –vi şəkilçisi:
daxili, tarixi, həyati, cənubi, şimali, dairəvi, 
kimyəvi, kütləvi, Gəncəvi... 
2) –vari şəkilçisi:
buynuzvari, qalxanvari, yüngülvari, üzükvari.
Ġki cür yazılan Ģəkilçilər:
kar samitlə bitənlərdə 
-qan, -kən;
cingiltili 
samitlə bitənlərdə 
-gan, -gən 
şəkilçiləri: yapışqan, çalışqan, döyüşkən, sürüşkən, 
burulğan, deyingən... 
 Dörd cür yazılan Ģəkilçilər:
1) –ki, -kı, -ku, -kü şəkilçisi: 
axşamkı, bildirki, səhərki, onunku, 
gündüzkü, bugünkü...
2) sifət və isim düzəldən –ı, -i, -u, -ü şəkilçisi:
badımcanı, darçını, narıncı, 
dərbəndi, çərkəzi, novruzu, gümüşü...
3) fel köklərindən isim və sifət düzəldən şəkilçilər:
sonu kar samitlə 
bitənlərdə: 
a) –kı, -qı, -kü, -qu: 
bıçqı, seçki, pusqu, sürtkü... 
b) –kin, -qın, -kün, -qun:
bitkin, satqın, ötkün, tutqun...
4) –stan Ģəkilçisi samitlə bitən sözlərə
qoşularkən samitlər arasına sait 
artırılır: Dağıstan, Türkmənistan, Monqolustan, Türküstan.. 
Qeyd.
Saitlə bitənlərdə 
-stan 
yazılır.
Mürəkkəb sözlərin yazılışı 
1. Bir vurğu ilə deyilən mürəkkəb sözlər bitişik yazılır: arabir, balacaboy, 
beşillik, beşmərtəbə, qalxanabənzər, qanunvericilik, dilucu, günəbaxan, gülərüz,
özbaşınalıq, soyuqqanlı, ümumbəşəri, ucdantutma, bugünkü, ilbəil, günbəgün, 
qaçaqaç, Bülbüloğlu, Həsənoğlu, Çərkəzqızı, Əliağa...
2. Tərkibindəki sözlərin səciyyəsindən asılı olaraq aşağıdakı hallarda 
defisdən istifadə edilir: 
a) qoşa sözlərdə: adda-budda, az-maz, qara-qura, kağız-kuğuz, qarma-
qarışıq, qonaq-qara, dedi-qodu, əzik-üzük, sür-sümük, top-top, aşıq-aşıq... 


131 
b) tərkibində qeyri, əks, külli, anti, eks, vitse, kontr, ober, super sözləri 
işləndikdə: qeyri-adi, qeyri-iradi, əks-inqilab, əks-hücum, külli-ixtiyar, vitse-
admiral, kontr-admiral, ober-leytenant, super-market... 
c) izafət tərkiblərində: tərzi-hərəkət, nöqteyi-nəzər, həddi-buluğ, 
tərcümeyi-hal... 
ç) tərkibində mənaca bir-birinə yaxın və ya zidd sözlər işləndikdə: ab-
hava, alış-veriş, ölüm-itim, kafe-restoran, kilovat-saat, cənub-qərb, şimal-şərq, az-
çox, elə-belə, gec-tez, ağıllı-kamallı, ucsuz-bucaqsız, pis-yaxşı, fabrik-zavod, iki-
üç, gedər-gəlməz, yazar-yazmaz, bitməz-tükənməz, dinməz-söyləməz... 

Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin