Nitq mədəniyyətinin əsasları



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə73/145
tarix17.10.2023
ölçüsü2,09 Mb.
#130529
növüDərs
1   ...   69   70   71   72   73   74   75   76   ...   145
Azf-277620

(Sabir) 
3.
 
Bir adam olsaydı, ax, keçən günləri geri qaytaraydı
 (Ə.Haqverdiyev). 
NÖQTƏLĠ VERGÜL 
Aşağıdakı hallarda nöqtəli vergüldən istifadə olunur: 
a) tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasında.
Məs.; 
Qarqar çayının həzin şırıltısı, Gülpərinin palazlara, xalçalara endirdiyi 
toqqaların taqqıltısı ətrafa yayılırdı; hələ naxırçıların hay-harayı da bu səslərə 
qarışanda bu bir tərəkəmə toyunu xatırladardı 
(Ə.Haqverdiyev). 
D E F Ġ S 
a) mürəkkəb sözlərin tərəfləri arasında. 
Məs.; 
dadlı-dadlı, dost-aşna, 
qohum-qardaş, yavaş-yavaş
və s. 
b) mürəkkəb qısaltmalarla şəkilçi arasında. 
Məs.; 
ADPU-nun, ABŞ-ın, 
NATO-ya 
və s. 
c) sıra saylar rəqəmlə yazıldıqda. 
Məs.; 
5-ci, 10-cu, 4-cü
və s.
ç) izafət tərkiblərində. 
Məs.; 
nöqteyi-nəzər, tərzi-hərəkət, tərcümeyi-hal. 
T Ġ R E 
1) Cümlə üzvünün əlavəsindən əvvəl.
 
Məs.; 


139 
1. Xan çıxdı və gördü ki, qapını döyən xanın öz kəndlisi – İtqapan 
kəndinin əhli Novruzəlidir
(C.Məmmədquluzadə).
2. Üç duyğu – qorxu, sevinc və utancaqlıq üçü də birdən Dilbərə hücum 
etdi 
(C.C.). 
2) Müqayisə edilən obyektləri daha qabarıq nəzərə çarpdırmaq üçün 
onların (qarşılaşdırılan sözlərin) arasında

Məs.; 
Sən günəş – mən səndən nur alan Ayam, 
Sən bir səs – mən isə əks-sədayam! 
Zirvəsən – zirvəyə qalxan cığıram. 

(N.Xəzri) 
3) Ümumiləşdirici söz həmcins üzvlərdən əvvəl gələrsə, ondan sonra tire 
qoyulur. Məs.;
Dostlar hər şeydən – həyatdan, ailədən, dostluqdan, məhəbbətdən, 
dünyanın işlərindən danışdılar. 
4) Ümumiləşdirici söz həmcins üzvlərdən sonra gələrsə, ondan əvvəl tire 
qoyulur. Məs.; 
O, vəziyyətə də, yorğunluğa da, yurdsuzluğa da – bunların 
hamısına dözərdi 
(S.Qədirzadə). 
5) Məntiqi vurğulu sözü nəzərə çarpdırmaq, ayırmaq üçün həmin sözdən 
sonra tire qoyulur. 
Vətən - əcdadımızın mədfənidir. 
Vətən – övladımızın məskənidir. 

Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin