142
2)
Yurdumuzun baharı, xalqımızın Novruz bayramı mübarək olsun!
Nida intonasiyası ilə deyilib təkid, alqış, razılıq, təşəkkür, buyuruq,
çağırış və s. bildirən əmr cümlələrindən sonra nida işarəsi qoyulur. Məs.;
Kəsin eyşi-nuşi, gələnlər, susun!
Dumandan yorğanı, döşəyi – yosun.
Bir yorğun pəri var: bir az uysun,
Uysun dağların maralı Göy göl!
(Ə.Cavad)
2.
Xitablardan sonra. Məs.;
1) Gəl, ey boranlı qış, səpələn ey qar!
Geyin ağ kürkünü, sən ey ixtiyar!
Gəl, ey sevimli yaz, dəli gəncliyim!
Günəşin eşqilə çağlaşın sular!
Dostları ilə paylaş: