Nitq mədəniyyətinin əsasları



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə86/145
tarix17.10.2023
ölçüsü2,09 Mb.
#130529
növüDərs
1   ...   82   83   84   85   86   87   88   89   ...   145
Azf-277620

Bir uçsaydım
 bu çırpınan yelinən, 
Bağlasaydım
 dağdan axan seliynən, 
Ağlasaydım
 uzaq düşən elinən,
Bir görəydim
 ayrılığı kim saldı? 
M.Şəhriyar 
 
11.
İlə 
qoşması samitlə bitən sözlərdə 
nan, nən, 
saitlə bitən sözlərdə isə
-
ynan, -ynən
şəklində işlədilir. 
Samitlə bitən sözlərdə: müəllimlə-müəllimnən, məktəblə-məktəbnən, 
qardaşımla-qardaşımnan və s. 


158 
Saitlə bitən sözlərdə: küçə ilə-küçeynən, ana ilə-aneynan, sürü ilə-
sürüynən, arzu ilə-arzuynan, nənə ilə-nəneynən və s. 
12. 
Üçün 
qoşması ahəng qanununa tabe olaraq əvvəlinci 
ü
saitinin 
düşməsi ilə dörd variantda –
çın, -çin, -çun, -çün
şəklində tələffüz edilir. Məsələn, 
anamız üçün-/anamızçın/, vətənimiz üçün-/vətənimizçin/, onun üçün-/onunçun/, 
üzüm üçün-/üzümçün/ və s. Bu qoşma sonu 
a, ə
saitləri ilə bitən sözlərdən sonra 
gəldikdə həmin saitlər bitişdirici
y
samiti qarşısında e qapalı saitinə çevrilərək 
tələffüz olunur. Məsələn, ana üçün-/aneyçün/, idarə üçün-/idareyçün/ və s.
 
Mürəkkəb qısaltmaların (abreviaturlarin) tələffüz qaydalari 
Baş hərflərdən ibarət mürəkkəb qısaltmalar aşağıdakı şəkildə tələffüz 
olunur: 
a) səslərin adı ilə oxunanlar: YAP (Yeni Azərbaycan Partiyası), ABŞ 
(Amerika Birləşmiş Ştatları), AVCİYA (Azərbaycan Vətəndaş Cəmiyyətinin 
İnkişafına Yardım Assosiasiyası), ATƏT (Avropada Təhlükəsizlik və Əməkdaşlıq 
Təşkilatı), AŞPA (Avropa Şurası Parlament Assambleyası) və s. 
b) hərflərin adları ilə oxunanlar: MSK (emseka), (Mərkəzi Seçki 
Komissiyası), MDB (emdebe), (Müstəqil Dövlətlər Birliyi), BMT (beemte) (Bir-
ləşmuiş Millətlər Təşkilatı) və s. 
c) bütöv şəkildə, tərkibindəki sözlərlə oxunanlar, DYP (Dövlət Yol 
Polisi), KİV (Kütləvi İnformasiya Vasitələri), QDİƏ (Qara Dəniz İqtisadi Əmək-
daşlığı), AMEA (Azərbaycan Milli Elmlər Akademiyası), ADPU (Azərbaycan 
Dövlət Pedaqoji Universitetei) və s. 
ç) İxtisarla yazılan ad və ata adları (N.Ə.Abdullayev, Z.T.Məmmədov, 
T.İ.Tahirov və b.) bütöv oxunur. 

Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin