Nitq mədəniyyətinin əsasları


Alınma sözlərin tələffüzü



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə87/145
tarix17.10.2023
ölçüsü2,09 Mb.
#130529
növüDərs
1   ...   83   84   85   86   87   88   89   90   ...   145
Azf-277620

Alınma sözlərin tələffüzü 
Alınma sözlərin əksəriyyəti mənbə dillərin məqbul sayılan orfoepik 
normaları əsasında tələffüz olunur. Yalnız bir qrup alınma sözün tələffüzündə 
dilimizin orfoepik normaları əsas götürülür.
 


159 
Yazı vasitəsilə danışığa daxil olan söz və terminləri mənbə və Azərbaycan 
dilində yazılış və tələffüzü baxımından aşağıdakı qruplara ayırmaq olar:
1.
Azərbaycan dilinin fonetik normalarına uyğun olub rus dilinin 
orfoepik normaları əsasında tələffüz olunanlar: 
a) rus dilində tələffüzü yazılışından fərqlənməyən sözlər
: bint, traktor, 
rels, spektr, temp, pult, marşal, antrakt, inkubator, elektrik, orqan, matros, maqnit
və s.
b) rus və Azərbaycan dilində yazılışı fərqlənən sözlər. Rus dilində: 
apparat, kasseta, massaj, şosse, vokzal, kristall, qektar, qimn, million, qramm

Azərbaycan dilində: 
aparat, balon, kaset, masaj, şose, vağzal, kristal, milyon, 
hektar, himn, , qram.
Bu tipli sözlər mənbə dildə yazılışından fərqli tələffüz 
olunur. Azərbaycan dilində isə həmin sözləri yazılışı tələffüzünə uyğunlaşdırılmış, 
orfoepiyası ilə orfoqrafiyası arasındakı fərq aradan qaldırılmışdır. 
c) həm mənbə, həm də Azərbaycan dilində yazılışı ədəbi tələffüzdən 
fərqlənən sözlər. Yazılır: 
lokator, komediya, korroziya, lokomotiv, attestat;
deyilir
: l(a)kator, k(a)mediya, k(a)(r)eziya, l(a)k(a)m(a)tiv, a(t)estat
. Bu qrupa 
daxil olan sözlər mənbə dilin orfoepik və orfoqrafik normalarına uyğun şəkildə 
yazılır və tələffüz olunur. 
2. Dilimizin orfoepik normalarına uyğunlaşdırılaraq tələffüz edilənlər: 
a) vurğusu dilimizə uyğunlaşdırılaraq deyilən sözlər. Rus dilində: 
la`mpa, 
su`mka, se`ment, ça`ynik, şa`pka, ko`fta, va`nna, kno`pka, ma`rka
kimi deyilən 
sözlər Azərbaycan dilində: 
lampa`, simka`, seme`nt, çayni`k, şapka`, kofta`, 
vanna`, knopka`, marka` 
kimi tələffüz olunur.
Alınma sözlər aşağıdakı orfoepik qaydalar əsasında tələffüz olunur: 
Saitlərin tələffüzü ilə bağlı orfoepik qaydalar. 
1.
Alınma sözlərin böyük bir qrupunda vurğusuz hecadan əvvəlki 
hecadakı (və ya hecalardakı) o saiti a kimi tələffüz olunur. Yazılır: problem, 
proqram, omonim, ornament, olimpiya, orkestr, mikroskop; deyilir: pr(a)blem, 
pr(a)qram, (a)monim, (a)rnament, (a)limpiya, (a)rkestr, mikr(a)skop. 


160 
Qeyd

folklor, roman, Zolya, Sokrat, noyabr, oktyabr, Şopen, Mopassan, 
Flober, foto, fotoetüd, fotoalbom, fosfat, fokstrot
və s. kimi bir qrup sözün deyilişi 
bu qaydaya tabe deyildir. 
2. Sözün vurğusuz hecasındakı i saiti bəzən qısa (zəif) tələffüz olunur.
Yazılır: dirijabl, dirijor, seminar, orijinal, univermaq; 
Deyilir dir(i)jabl, dir(i)jor, sem(i)nar, or(i)jinal, un(i)vermaq. 
2.
Sait qoşalığı olan sözlər aşağıdakı çalarda tələffüz olunur:
a) 
ai, ia, io, iu
qoşalıqlı sözlərin tələffüzündə bu saitlər arasında y samiti 
artırılır və i saiti bir qədər qısa tələffüz olunur. Məsələn, yazılır: 
divizion, 
simpozium, epidiaskop, artezian;
deyilir: 
diviz(iyo)n, simpoz(iyu)m, epid(iya)skop, 
artez(iya)n.
b) 
ea, eo
sait birləşməli sözlərdə həmin saitlərdən birincisi (e saiti) i ilə 
əvəz olunur, qoşalıq iyo, iya çalarında tələffüz edilir. Məsələn, yazılır: 
teatr, 
okean, realizm, frazeologiya, teorem; 
deyilir: 
t(iya)tr, ok(iya)n, r(iya)lizm, 
fraz(iya)logiya, t(iya)rem 
və s.
c) 
ao, au, ua
qoşalığı olan sözlər (
raund, aktual, aorta, pauza, fauna
və s. 
kimi sözlər), əsasən, yazıldığı kimi deyilir. 

Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin