Nitq mədəniyyətinin əsasları


Samitlərin tələffüzü ilə bağlı orfoepik qaydalar



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə88/145
tarix17.10.2023
ölçüsü2,09 Mb.
#130529
növüDərs
1   ...   84   85   86   87   88   89   90   91   ...   145
Azf-277620

Samitlərin tələffüzü ilə bağlı orfoepik qaydalar 
1. Sonu b,d, v samitləri ilə bitən sözlər ayrılıqda deyiləndə, onlardan sonra 
samitlə başlanan şəkilçi və ya söz gəldikdə söz sonundakı cingiltili samitlər 
karlaşaraq tələffüz olunur. Məsələn, 
mikro(b), mikro(b)suz, mikro(b) düşmək; 
perspekti(v), perspekti(v)lik, perspekti(v) plan; zavo(d), zavo(d)dan, zavo(d) 
tikmək
və s. 
2. Söz daxilində kar samitdən əvvəl gələn v samiti karlaşaraq tələffüz 
olunur. Məsələn
, a(v)tomat, A(v)striya, a(v)tobus, e(v)feizm, o(v)çarka, e(v)kalipt
və s. 
3. 
k
samiti qalın hecalı sözlərdə dilarxası, partlayan kar samit kimi 
tələffüz olunur. Məsələn, 
(k)urort, a(k)tyor, (k)onfrans, mi(k)rob, (k)ran, k
başqa 
məqamda – incə saitli hecaların sonunda gəldikdə də həmin tərzdə (dilarxası, 


161 
partlayan, kar) tələffüz edilir. Məsələn, 
akademi(k`), elektri(k), mi(k`)rob, 
fabri(k`)
və s.
4. Vurğusu qoşa samitlərdən sonra vurulan sözlərin müəyyən bir 
qrupunda həmin samitlərin biri tələffüzdən düşür. Yazılır: 
akkord, kollektiv
kommentariya, attestat, akkumlyator, qrammatika, korrektor;
deyilir
: a(k)ord, 
ka(l)ektiv, ka(m)entariya, a(t)estat, a(k)umlyator, qra(m)atika, ka(r)ektor. 
Bu 
qəbildən olan digər bir qrup sözdə qoşa samitlər uzun səs kəmiyyətində (bir samit 
yarım kəmiyyətində) tələffüz olunur. Yazılır: 
assimilyasiya, Hannibal, immunitet, 
perron, effekt;
dedilir: 
a(s:)imilyasiya, Ha(n:)ibal, i(m:)unitet, pe(r:)on, e(f:)ekt.
Vurğusu qoşa samitlərdən əvvələ düşən sözlərdə cüt samitlər uzun 
kəmiyyətdə (və ya yazıldığı kimi) tələffüz olunur. Yazılır: 
dollar, novella, elleps, 
qamma, madonna, kassa, libretto, professor, propeller;
deiyil: 
do(l:)ar, nove(l:)a, 
e(l:)epis, mado(n:)a, ka(s:)a, libre(t:)o, profe(s:)or, prope(l:)er.
Alınma sözlərin bəzisində vurğu əvvəlinci, bəzisində orta, bəzisində isə 
sonuncu heca üzərində tələffüz olunur. Məsələn

Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin