164
VI F Ə S Ġ L
NĠTQĠN ÜSLUBLARI
Mədəni nitqə yiyələnmək üçün dilin yalnız leksik-qrammatik normalarını
gözləmək kifayət etmir. Bunun üçün nitq üslubi cəhətdən də düzgün qurulmalıdır.
Yəni danışarkən
elə sözlər seçilməli, cümlələr elə qurulmalıdır ki, fikir dəqiq və
aydın ifadə oluna bilsin. Danışan və ya yazan işlətdiyi hər bir sözün əhəmiyyətini,
onun nəzərdə tutulan fikrin ifadəsi üçün nə dərəcədə yararlı, dəqiq olmasını
nəzərə almalıdır. Həm danışıq, həm də yazıda hər hansı bir söz öz həqiqi
mənasından başqa, digər mənalarda da işlənilir.
Mənadan doğan forma rənga-
rəngliyi dilin üslubi imkanları əsasında yaranır ki, bütün bunlar dilin üslubiyyat
bəhsində öyrənilir (2, 204).
Natiq Azərbaycan dilinin fonetik, leksik və qrammatik imkanlarını həm
nəzəri, həm
də praktik cəhətdən öyrənməli, nitqin dəqiqliyi, yığcamlığı, ahəng-
darlığı, bədiiliyi üçün
üslubi imkanlardan yerində, ünsiyyətin tələblərinə uyğun
istifadə etməyi, ədəbi dilimizin ifadə vasitələrindən konkret şəraitlə bağlı yarar-
lanmağı bacarmalıdır.
Nitq üslubu danışanın (eləcə də yazanın) dil vasitələrindən, onun fonetik,
leksik və qrammatik imkanlarından məqsəd və məqama uyğun istifadə edə bilmə
tərzidir, sistemidir. Bu istifadə bir sıra
amillərlə, şərtlərlə (ünsiyyətin şəraiti,
məqsədi, müsahibin marağı, anlama səviyyəsi və s.) bağlı olur və müxtəlif
formalar kəsb edir. Bir halda danışan qarşısına müsahibindən nəyisə öyrənmək və
ya ona hər hansı əşya, hadisə barədəsə məlumat vermək, başqa bir halda təbiət və
cəmiyyətdəki hadisələr, qanunauyğunluqlarla bağlı
biliklərini şərh etmək, digər
bir məqamda əşya və hadisənin təsvirində müsahibin hisslərinə, duyğularına təsir
göstərmək və sair məqsədlər qoyur. Üslub fərdidir, danışanların
hər birinin
özünəməxsus nitq üslubu vardır.
Dil vahidlərinin üslubi keyfiyyətləri müxtəlifdir. Bu keyfiyyətlər dilin
fonetikası, leksikası və qrammatikasının imkanları sayəsində yaranır, nitqə üslubi
165
çalarlıq gətirir, onu səlis, çevik, mənalı və kəsərli edir, estetik təsir gücünü artırır.
Dil vahidlərinin üslubi imkanlarından danışarkən prof.Ə.Dəmirçizadə yazır:
“Üslub dedikdə biz sözlərin, ifadələrin, qrammatik vasitələrin və fonetik imkan-
ların məqsədəuyğunluq əsasında seçilmiş vahidlər sistemini başa düşürük” (18,
32). “Nitq mədəniyyəti və üslubiyyatın əsasları” kitabında dil vahidlərinin üslubi
imkanları eyni mövqedən qiymətləndirilir (37).
Fonetik, leksik, morfoloji, sintaktik normalar
ədəbi dilin strukturu ilə
bağlı olub nitqin düzgünlüyünü təmin edirsə, üslub normaları leksik-qrammatik
normaların bir növ törəməsi
olub nitqin gözəlliyini, ifadəliliyini, dəqiqliyini
artırmaqla ünsiyyəti asanlaşdırır, onun təsirli, cəlbedici olmasını, danışan,
oxuyan
və dinləyənin ən incə məqamları, mətləbləri ifadə və dərk edə bilməsini təmin
edir.
Dostları ilə paylaş: