Nitq mədəniyyətinin əsasları


FONETĠKANIN ÜSLUBI ĠMKANLARI



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə91/145
tarix17.10.2023
ölçüsü2,09 Mb.
#130529
növüDərs
1   ...   87   88   89   90   91   92   93   94   ...   145
Azf-277620

FONETĠKANIN ÜSLUBI ĠMKANLARI 
Fonetik vasitələr nitq prosesində işlənmə yerinə, məqamına görə müəyyən 
üslubi mahiyyət kəsb edir ki, onlardan ən başlıcası ahəngdarlıqdır. Ahəngdarlıq 
nitqin səlisliyi, gözəlliyi, onun dinləyənə xoş təsir bağışlamasıdır. Dilimiz öz 
təbiətinə, səslənməsinə görə ahəngdar dillərdən biridir. Bu ahəngdarlığı yaradan 
bir sıra vasitələr, xüsusiyyətlər vardır ki, onlardan ən başlıcası lüğət tərkibinə 
daxil olan sözlərin özünəməxsus strukturudur, başqa sözlə, səsdüzümüdür. 
Məlumdur ki, saitlər tonun, samitlər küyün iştirakı ilə yaranır. Saitlər samitlərlə 
müqayisədə daha ahəngdardır. Samitlərdən sonorlar sədalı olduğu üçün saitlərə 
yaxındır. Bunlar nitqdə avazlı, müsiqili səslər hesab olunur. Sait və samitlərin 
sözlərdəki ahəngdar düzümü tələffüzdə asanlığı, səlisliyi təmin edir, harmoniya 
yaradır. Dilimizdəki təkhecalı, eləcə də çoxhecalı sözlərin müəyyən bir qismi son 
hecadakı səsə görə həmqafiyə olur. Məsələn: 
Təkhecalı sözlər: 
Aş, baş, daş, yaş, qaş; al, əl, val, lal, qol, sel, bel; nar, 
qar, tar, tər, tor; qaz, az, yaz, taz, toz, tez, bez, göz, söz və s.
 


166 
Çoxhecalı sözlər: 
dəniz, əkiz, bəniz, bəyaz, Araz; oğlan, aslan, tərlan, 
mehman; halal, maral, mahal, kamal 
və s. 
Bəzən söz birləşmələrinin tərəfləri də eyni səslə başlayıb həmahəng olur. 
Məsələn: 
taxıllı tarlalar, yamyaĢıl yamaclar, sapsarı salxımlar, dərin-dərin 
dərələr, ağır-ağır addımlar, ağıllı adamlar, Ģəkərdən Ģirin, incədən incə, 
günlərin bir günündə 
və s. 
Ədəbi tələffüzdə özünü göstərən bir sıra fonetik dəyişmələr: bəzi alınma 
sözlərdə saitlərin uzun tələffüzü (məmur, elan, əla və s.), ədəbi dil baxımından 
məqbul sayılan səsdəyişmələri (vətəndən-vətənnən, şənbə-şəmbə, başlayır-başlıyır 
və s.), səsartımı (ailə-ayilə, şair-şayir, şer-şeyir və s.), tələffüzdə ağırlıq yaradan
fonemin ixtisar olunması (səsdüşümü) (dost köməyi – dos köməyi, güzəşt etmək–
güzəş etmək və s.), dilimizə məxsus sözlərdə iki saitin, iki və üç samitin söz 
daxilində yanaşı işlənə bilməməsi, çoxhecalı sözlərin sonunda cingiltili samitlərin 
karlaşaraq tələffüz olunması (uşaq bağçası-uşax baxçası, kənd həkimi-kənt 
həkimi, tüfəng səsi-tüfənk səsi və s.), kar samitlərin cingiltiləşərək deyilməsi 
(hətta-hətda, dəftər-dəfdər, bitki-bitgi, təşəkkür-təşəkgür və s.), həmcins üzvlü 
nəqli cümlələrdə şəkilçilərin və hissəciklərin ixtisarı, tabesiz mürəkkəb 
cümlələrdə axırıncı xəbərin ixtisarı (məs.; gül gülü çağırır, bülbül bülbülü), ahəng 
qanunu, vurğu və s. fonetik faktorlar nitqdə ahəngdarlığı yaradır. İntonasiya, 
fasilə, vurğu, temp, tembr və s. də nitqdə ahəngdarlığı, ritm və bölgüləri yaradan 
vasitələrdir. Bunlar nitqin təsirini artırır, onu daha ifadəli, emosional edir. Belə 
nitq müsiqi kimi səslənir. Bu cür ahəngdarlıq yaradan vasitələrdən biri də 

Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin