(M.Müşfiq)
Vətənim verdi mənə nanu-nəmək,
Vətəni, məncə, unutmaq nə demək?
(A.Səhhət)
Vətən və ana. Bu iki sözdən şirin və müqəddəs nə ola bilər? və s.
Bu qəbildən olan sualların bir qismi (bədii suallar) dildə frazeoloji vahid
kimi sabitləşmişdir: “Ağ at arpa yeməz?”, “Varlığa nə darlıq?”, “Çay nədir, say
nədir?”, “Dəvəyə çimdik neylər?” və s. Natiqlik sənətində bu tipli cümlələrdən
dinləyicilərin diqqətini səfərbər etmək, müəyyən fikri qətiləşdirmək, məlum olanı
bir daha təsdiqləmək (məsələn,
Danışığında qüsurlara yol verən müəllim öz
şagirdlərini mədəni nitqə yiyələndirə bilərmi?; Özünə umac ova bilməyən, özgəyə
175
necə əriştə kəsə bilər?
və s.) məqsədilə istifadə edilir. Mühazirəçi lazım bildikdə
(sualın izahına ehtiyac duyulduqda) bu suallara özü cavab verə bilər.
Nitqin üslubi rəngarəngliyinin təmin edilməsində dilin bədii təsvir
vasitələrinin (metafora, metonimiya, sinekdoxa, epitet, müqayisə, bənzətmə,
mübaliğə, tabu sözlər və s.) də rolu böyükdür. Onlardan bir neçəsini yığcam
şəkildə şərh edirik.
METAFORA.
Metafora yunan sözü olub mənası “məna keçirilməsi”
deməkdir. Metafora müxtəlif əşyalar arasında əlaqə - (bənzətmə, oxşarlıq,
müqayisə) kimi dərk edib, onları eyni səs tərkibli sözlə adlandırmaqdır. Məsələn;
canavarın başlıca xüsusiyyəti güclü, yırtıcı, vəhşi, dağıdıcı olmasıdır. Hər hansı
adamda belə xüsusiyyət olarsa, ona “canavar” deyilir və bu sözlə bağlı dildə
metafora yaranır. Yaxud, bic, hiyləgər adama “tülkü” deyilərsə, bu da metaforadır.
Hal-hazırda məşhur səhnə ustaları, müğənni və başqalarının “ulduz” adlandırıl-
ması da metaforadır. Dilimizdə heyvan adlarından: pələng, aslan, canavar, tülkü,
çaqqal, ayı, ilan, qoyun, quzu, maral, ceyran, öküz, eşşək, qurbağa və s.; quş
adlarından tərlan, bülbül, kəklik, sona, göyərçin, bayquş; həşərat adlarından
hörümçək, əqrəb və s. sözləri metaforik mənada işlənə bilir. Danışıq dilində insan-
lar dəyərləndirilərkən onlara verilən mənfi və müsbət qiymətlər müvafiq
metaforalarla ifadə olunur. Müsbət xüsusiyyəti ifadə edəndə
ceyran, maral, aslan,
pələng, sona, bülbül, göyərçin,
mənfi xüsusiyyətləri göstərmək üçün
tülkü, öküz,
ilan, qurbağa
və s. kimi metaforalar işlədilir.
Metaforalar əşya və hadisələrin müəyyən bənzəyiş əlaqələri əsasında
yaranır. Dilçilik ədəbiyyatında bu oxşarlığın aşağıdakı formaları göstərilir:
a) zahiri oxşarlıqla əlaqədar yaranan metaforalar. Bəzən insana aid
cəhətlər adi oxşarlıq nəticəsində başqa əşyaların üzərinə keçirilir. Məsələn;
qabın
boğazı, ayaqqabının burnu, çayın qolu, südün üzü
və s.
b) daxili əlamətlərinə görə oxşarlıq nəticəsində əmələ gələn metaforalar.
Məsələn;
tülkü, maral, aslan, canavar, quzu, göyərçin, sona
və s. Heyvan və quş
adları insan üzərinə köçürüldükdə həmin sözlər metaforaya çevrilir.
176
c) insana və ümumiyyətlə, canlılara məxsus xassələr əşyaların üzərinə
köçürüləndə metafora əmələ gəlir. Məsələn;
ölüm gəzir, fikir doğur, işlər axsayır,
ay doğur
və s.
Metafora, adətən, bədii təsvir vasitəsi kimi qiymətləndirilir və onun
haqqında bu səpkidə bəhs edilir. Eyni zamanda məcazın bu növündən emosional-
ekspressiv xarakterli nitqdə təsirli bir vasitə kimi istifadə olunur. Qədim Roma
alimi Kvinntilian metaforanı məcazın ən yaxşı növü hesab etməklə onu “təbiətin
vergisi” kini qiymətləndirmişdir: “Metafora, yaxud məna köçürməsi nitqi
gözəlləşdirməklə bərabər, adları olmayan əşyalara da ad verir” (22, s.16).
Mədəni nitqdə, natiqlik sənətində metaforadan istifadənin əhəmiyyəti
böyükdür. Natiq dərin və incə hissləri verə bilmək, dinləyicinin estetik zövqünü
oxşamaq, ona qüvvətli emosional təsir göstərmək üçün dilin bu ifadəlilik
vasitəsini ustalıqla işlətməyi bacarmalıdır.
METONİMİYA
. Daxili və xarici əlaqələr əsasında mənanın bir sözdən
başqa sözə keçirilməsi metonimiya adlanır. Məsələn,
Dostları ilə paylaş: |