Nitq mədəniyyətinin əsasları



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə98/145
tarix17.10.2023
ölçüsü2,09 Mb.
#130529
növüDərs
1   ...   94   95   96   97   98   99   100   101   ...   145
Azf-277620

qabın içindəki
əvəzinə 
qab 
sözü (Bir qab yedim); 
əsər
əvəzinə 
əsərin müəllifinin
adı (məs.; Mən Vurğunu 
əzbər bilirəm);
 adamlar
əvəzinə məkan (
kənd, məktəb, ölkə
və s.) sözlər. (məs.; 
Kənd
yuxudan yenicə oyanırdı. 
Məktəb
yarışda birinci yerə çıxdı. Bütün ölkə 
ayağa qalxdı) və s. işlədilir. 
Metonimiyanın metaforadan fərqi odur ki, birincidə sözlərin bənzərlik 
əlaqəsi, sonuncuda isə semantik tutumu əsas götürülür. Metonimiya dilin 
ifadəlilik imkanlarını artırır. 
SİNEKDOXA.
Məcazın bu növündə eyni söz həm bütöv, həm də bütövün 
hissələrini bildirir. Sineqdoxanın daha geniş yayılmış forması sözün cəm əvəzinə 
təkdə işlənməsidir. Məsələn; 
Tələbənin (tələbələrin) vəzifəsi yaxşı oxumaqdır. 
Kiçik (kiçiklər) böyüyün (böyüklərin) yanında danışmaz; İxtisasını yaxşı biləni 
(bilənləri) işə qəbul edirlər 
və s. Sinekdoxanın bir növündə şəxsi bildirmək üçün 
bədən üzvləri və ya paltar adı işlənir. Məs.: ağsaqqal, keçəl, ağbirçək, sarıköynək, 
çalpapaq, qırmızıpapaq və s. 


177 
Məcazi mənası sabitləşən bu sinekdoxalar dildə müstəqil leksik vahid 
kimi işlədilir. 
EPİTET.
Epitet məcazi mənada işlənən obrazlı, bədii təyindir. Bu söz 
yunanca 
epithos
sözündən olub mənası “əlavə” deməkdir. Burada əşya və 
hadisələrə məxsus əlamət oxşar olan başqa bir əşya və hadisəyə əlavə edilir. Məs.: 
çılpaq ləpələr, qoca dünya, qara gözlü gecə, ala gözlü gündüzlər, durna gözlü 
bulaqlar, şən ləpələr, saqqallı uşaq, ipək telli, durna ğözlü, nazlı bahar, göy gözlü 
dəniz, şən ləpələr, yorğun bulud, mərmər sinə, xəncər kirpik
və s.
“Şimali Midiyanın lətif təbiəti bağçaların boyuna biçdiyi yaşıl və çiçəkli 
donu tikib bitirmək üzrə idi. Kəpəz dağından əsən külək fəzada nazlanan buludları 
Xanəgah kəndinin meşələrinə doğru sürdüyü zaman şam ağacları da ağır-ağır 
başlarını əyirdi. Yağış bir saat əvvəl dayanmış, buludların suvardığı çöllər, 
meşələr, bağ-bağçalar gülürdü. Yasəmənlər dağınıq saçlarını yaşıl budaqların 
üstünə sərib qurudur, xanəndə bülbüllər qızıl gülün yanağından tərləri silmək 
üçün gül budaqlarını tərpədir, lalələr isə piyaləsinin qaldırıb bahar cəmiyyətinin
şərəfinə içmək istəyirdi. Nərgizgülü şadlığından yaşlanmış gözlərini silərək bahar 
səhnəsinə tamaşa edir, bənövşələr başını çiyinlərinə qoyub düşünür, bəstəkar 
kəkliklər isə meşə səyahətinə çıxan gənc bir şairi qarşılamaq üçün salam 
musiqisini çalırdı” (M.S.Ordubadi). Bu nümunədəki ifadəlilik, ekspressivlik 
epitetlərin (eləcə də digər məcazların) vasitəsilə verilmişdir.
Epitetlər qüvvətli bədii təsvir vasitələrindəndir. Onlar bədii üslubun hər 
hansı bir janrında işlənərək müxtəlif xarakterli əşya və hadisələrin səciyyə-
ləndirilməsinə xidmət edir. Məsələn,
Hər səhər, hər axşam, hər axşam, hər səhər 
Çox zaman sərsəri küləklər bixəbər 
Bir yığın dost kimi qapını döyərlər 
Küləklər, küləklər, bəstəkar küləklər 
Dünyanı dolaşan bəxtiyar küləklər. 
 


178 
M.Müşfiq bu misralarda mənalı və təsirli epitetlərin köməyi ilə (sərsəri 
küləklər, bixəbər dost, bəstəkar küləklər, bəxtiyar küləklər) bu təbiət hadisəsini, 
onun xüsusiyyətlərini obrazlı şəkildə səciyyələndirir, küləklər haqda təəssüratı 
gücləndirir. 

Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin