181
Gərək işimizi elə quraq ki,
biz özümüz
də vaxtlı-vaxtında “təmir” olunaq
(Ə.M.).
İnsanı başa düşəcək yeganə adam
onun özüdür
(E.).
Şəxs əvəzliyi ikinci şəxsin təki əvəzinə cəminin
işlədilməsi də üslubi
məqsəd daşıyır.
“Müəllim, mənim sənə böyük hörmətim var” cümləsini “Müəllim,
mənim Sizə böyük hörmətim var” şəklində işlədilməsi üslubi tələbdən irəli gəlir.
Fel
ilə bağlı bir sıra üslubi məqamlar da vardır ki, nitq praktikasında
natiq bu incəliklərdən yararlanmağı bacarmalıdır. Məs.; felin zamanları
qrammatik mənaları ilə yanaşı, bəzən üslubi məqamlara da xidmət edə bilir. Bu
özünü bir zaman formasının başqa zaman forması yerində işlənməsi şəklində
göstərir. Məsələn, keçmiş zamanda olmuş hal-hərəkət qeyri-qəti gələcək zamana
məxsus forma ilə verilir.
Bir gün kişi ova çıxar, orda at səksənər, tərlan havaya qalxar, kişinin
ayağı üzəngidə qalar
(S.R.). Yaxud keçmiş zamandakı
hal və hərəkət indiki
zamanı formasında ifadə olunur.
Həmin qış gecəsi Əbdül qalın yorğanının altında yatmaq istəyir, amma
yata bilmir
(E.).
Bəzən icrası gələcək zamanda yerinə yetiriləcək iş, hal, hərəkət indiki
zaman forması ilə işlədilir.
Sərvər - Və onun əvəzində qulluqçu Sənəmi alıram, yazdınmı?!
(Ü.Hacıbəyli).
Felin şəxs şəkilçilərinin də müəyyən üslubi imkanları vardırş. Məsələn, I
şəxsə aid hərəkət ikinci şəxsin təki formasında verilir.
Mən nə edə bilərəm, əlbəttə, daha yaxşı oxumaq üçün gərək yataqxanada
qalasan, həm vaxtın olsun, həm də yorulmayasan
(Ş.Q.).
Köməkçi nitq hissələrinin – qoşma, bağlayıcı, ədat və modal sözlərin
fikirdəki incə çalarların ifadə edilməsində, ekspressivliyin yaradılmasında
müəyyən üslubi xüsusiyyətləri vardır ki, natiqlik
sənətində bunlara diqqət
yetirilməlidir. Bu baxımdan qoşmaların müəyyən üslubi çalarlıq yaratmaq
xüsusiyyətləri daha çox nəzərə çarpır. Ayrı-ayrı qruplar üzrə təsnif olunan
182
qoşmaların bir çoxu həmin təsnifatda nəzərdə tutulmuş mənalarla yanaşı, nitqdə
əlavə çalarlıq da yarada bilir. Məsələn,
Dostları ilə paylaş: