Nitq mədəniyyətinin əsasları



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə102/145
tarix17.10.2023
ölçüsü2,09 Mb.
#130529
növüDərs
1   ...   98   99   100   101   102   103   104   105   ...   145
Azf-277620

 Qədər qoşması: 
1.
Zaman hüdudu mənasını yaradır, 
Gecə yarsına qədər külək daha da gücləndi (G.H.) 
Tahir onu axıra qədər danışmağa qoymadı (M.H.) 
2.
Məkan hüdudu mənasını ifadə edir. 
Qızın əynində tünd-qırmızı maldan qolları dirsəyə qədər don var idi 
(İ.Ə.); 
Qafar dayı onları darvazaya qədər yola salıb geri qayıtdı (M.H.). 
3.
Müqayisə mənasını yaradır.
Mən hələ indiyə kimi o qədər güclü, məlahətli bir səs eşitməmişəm
(İ.Ə.). 
Kimi qoşması 
1.
Məsafə məhdudluğunu göstərir: 
Qaraca qız Piri kişini bağın qapısına kimi ötürüb qayıtdı
(S.S.A.). 
2.
Zaman məhdudiyyəti mənasını ifadə edir: 
Gülənbər həmin günün gecəsi səhərə kimi anasının yanında qaldı
(Ə.M.). 
3.
Müqayisə mənasını daşıyır: 
Sazın sədaları dərələrdən sel kimi, təpələrdən yel kimi keçib ellərə yayıldı
(F.E.);
Taxıl zəmiləri dəniz kimi dalğalanırdı
(M.Ə.).
Digər qoşmalar da mətndə məqsəddən asılı olaraq, bir çox məqamlarda 
işlənib məna çalarları yarada bilir.
Sözlərin və cümlələrin mənasını qüvvətləndirən bir nitq hissəsi kimi 
ədatların 
da
 
nitqin (xüsusən şifahi nitqin) aydınlığı, emosionallığı, mənanın 
nəzərə çarpdırılması və s. baxımından rolu böyükdür. “Ədatlar nitqdə ayrı-ayrı 
sözlərə, söz birləşmələrinə və bütün cümləyə müxtəlif məna çalarlıqları verir: 
ifadənin səlisləşməsinə, fikrin məntiqi qurulmasına kömək edir. Ədatlar aid 
olduğu sözə və cümləyə dinləyicilərin diqqətini yönəldir, onların üzərinə məntiqi 
vurğu düşməsinə səbəb olur” (45, 449). 


183 
Ədatların üslubi imkanı o qədər genişdir ki, hər hansı bir ədat mətndə 
müxtəlif məna çalarları yarada bilir. Məsələn, qüvvətləndirici 
ki
ədatı aşağıdakı 
mənaları yaradır. 
1.
Təkid mənası: 
Mən ki görməmişəm sevgini susan, 
Məhəbbət zirvədə bəslənən qar
mış (N.K.) 
2.
Sual, təəccüb mənası: 
Ay bala, bir yerin ağrımır ki? 
(M.Cəlal) 
Bəs burada heç kəs yoxdur ki?
(S.R.) 
3.
Hədələmə mənası: 
Görərik, səni elə tora salım ki... 
4.
Fikrin təsdiqi mənası: 
O ki, yaxşı adamdır, usta!
(M.Cəlal) 
5. Təəssüf mənası: 
Namaz bura gələndə qiyamət qopmaz ki
(Ə.Haqverdiyev). 
6. Sevinc, diqqət və s. emosional mənası:

Ohoo, bəy dəstəsi ilə bizə təşrif gətirir ki?
(M.İ.) 

Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin