Nitq mədəniyyətinin əsasları



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə104/145
tarix17.10.2023
ölçüsü2,09 Mb.
#130529
növüDərs
1   ...   100   101   102   103   104   105   106   107   ...   145
Azf-277620

Əmr cümlələrinin
işlədilməsində də fərqli məna çalarları, üslubi 
məqamlar vardır. Bu cümlələr danışanın məqsədindən asılı olaraq təkid, təklif, 
xahiş, məsləhət, nəsihət, çağırış, arzu, istək, təskinlik, yalvarış, qəzəb və s. kimi 
mənalar ifadə edir, müvafiq intonasiya ilə tələffüz olunur. 
Vaqqıldama bayquş kimi idbar dilənçi!
(Sabir) (qəzəb); 
Tək vəzir qalsın, 
özün də yaxın gəl (
F.K.) (əmr, təkid); 
Gəl-gəl, a yaz günləri, 
 İlin əziz günləri 
(A.Ş.) (arzu, istək) 
Allah sənin ömür, dövlətini artıq eləsin, ağa!
(M.F.A.) (yalvarış); 
Həqdən 
ayrılma, şahım!... Elm və səbatımızı qoru, şahım
(İ.N.) (məsləhət, nəsihət); 
Çağır 
gəlib mənə kömək etsinlər 
(H.A.) (təkid).
Nida cümlələri
də danışanın məqsədinə uyğun məna çalarları yaradır ki, 
bunlar nitqin ekspressivliyini, emosionallığını artırır, təsirini gücləndirir. Nidalar 
müxtəlif hissi halları – ağrı, təəccüb, təlaş, iztirab, yorğunluq, qorxu, kədər, 
həsrət, çağırış, müraciət, yalvarış və s. ifadə etməklə fərqli intonasiyalarla 
söylənilir. 
Pəh-pəh, əcəb söz eşidirik, bu da bizim oxumuş, sahib-kamal qarda-
şımız!
(N.B.V.) (təəssüf); 
Boy, sən burada nə gəzirsən!
(M.S.) (təəccüb); 
Afərin, 


186 
dost, burada sənin sözlərinlə tamamilə şərikəm!
(M.H.) (razılıq); 
Bəh-bəh, 
təbiətin nə gözəl guşələri varmış! 
(S.K.) (məmnunluq);
Vay-vay! Nə yaman 
müşkülə düşdü işim, allah!
(M.Ə.S.) (təlaş) və s.
Feli sifət, feli bağlama
və 
məsdər 
tərkiblərinin də fikrin effektli çatdırıl-
ması, mənanın qabarıq verilməsi, emosionallığın artırılmasında müəyyən üslubi 
əhəmiyyəti vardır. 
Ey çılğın küləklər, nəşəniz daşarkən, 
Bağların şehindən mey sorub coşarkən 
Nalqıran dağları atlayıb aşarkən, 
Məni də alınız, uçayım dağlara 
Könlümdə nə varsa, açayım dağlara. 
(M.M.) 
Bu parçada feli bağlama tərkibləri təsriflənən fellə verilən fikrin 
axıcılığında, təsirli, dolğun olmasında, oxucuya asan çatdırılmasında üslubi 
əhəmiyyət kəsb edir. Eləcə də 

Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin