Nitq mədəniyyətinin əsasları


Təyinin təyin olunan sözlə yerini dəyiĢməsi



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə106/145
tarix17.10.2023
ölçüsü2,09 Mb.
#130529
növüDərs
1   ...   102   103   104   105   106   107   108   109   ...   145
Azf-277620

Təyinin təyin olunan sözlə yerini dəyiĢməsi 
Ürək böyük, arzular çox, yollar uzun, səbrimsə az
(C.V.); 
Buludlar don 
geydi sarı, qırmızı 
(N.X.) 
Cümlədə üzvlərin yer dəyişməsi bütün hallarda müəyyən sözün daha çox 
nəzərə çarpdırılması tələbindən irəli gəlir ki, bu da nitqdə ifadəliliyi artırır, 
emosionallığı gücləndirir, məntiqi vurğunu nəzərə çarpdırır, nəticədə üslubi effekt 
yaranır. 
Nitqin emosionallığını artıran, ona üslubi çalarlıq verən vasitələrdən biri 
də 
xitablardır.
Xitablar dinləyicinin diqqətini söylənilən məsələyə cəlb etmək 
məqsədilə işlənilir. Başqa cür desək, bu vasitə ilə danışan dinləyəni söyləniləcək 
fikri eşitmək üçün hazır vəziyyətdə saxlayır. 
Bundan başqa, xitablar digər məzmunlu cümlələrdə işlənərək nitqə üslubi 
rəngarənglik verir, onun təsirini artırır. Məsələn: 
Xoş gördük, ay Səməd
(İ.A.) 


188 
(səmimiyyət); 
Ay aman! Heydər bəy, Səfər bəy, yetişin mən boğuldum!
(qorxu, 
təlaş) (M.F.A.); 
Əzizim, dedim ki, boz at sağalan kimi səni tərkimə alıb dağlara 
aparacağam
(əzizləmə, istək);
Ay ana, təqsirin hamısı məndədir
(M.İ.) (etiraf) 
və s. 
Bir sıra hallarda danışan cansız qüvvələrə müraciət edir ki, belə xitablar 
üslubi məqsəd daşıyır. Sırf ekspressiv səciyyə kəsb edən bu xitablar bədii 
ədəbiyyat üçün səciyyəvidir: 
Lalə, rəngindəki yanğın de, nədən? 
Niyə məlulsan, a dağlar qızı, sən
? (S.V.) 
Çiçəyini, gülünü sevdim, Vətən! 
Obanı, elini sevdim, Vətən!
(N.K.) 
Bəzən daha güclü üslubi effekt yaratmaq məqsədilə xitablar təkrar olunur: 
Bakı, Bakı, ana Vətən! 
Bizə şöhrət yarandın sən
! (S.V.) 
Bəziniz uyqulu, bəziniz uyqusuz 
Küləklər, küləklər, ey əziz küləklər
(M.M.) 
Müxtəlif hissi halları ifadə edən cümlələrdə xitablar bəzən nidalarla 
işlənir ki, bu ekspressivliyi artırır, məna çalarları yaradır:
 Ah, mehriban ana! Ah, əziz ana! 
O gündən bəridir, həsrətəm sana
(S.V.) 
Sintaksisin üslubi imkanları, şübhəsiz ki, yuxarıda deyilənlərlə məhdud-
laşmır. Digər sintaktik quruluşların - təktərkibli cümlələrin, söz-cümlələrin


189 
mürəkkəb cümlələrin və sairənin də nitqin obrazlılıq və ifadəliliyini yaratmaq, 
təsir gücünü artırmaq, incə məna çalarlarını yaratmaq imkanları vardır. Natiq 
ünsiyyət prosesində onlardan istifadə edərək nitqini zənginləşdirməlidir. 

Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin