196
9. Elmi üslub yığcamlıq və dəqiqlik tələb edir. Yəni mətləbə dəxli
olmayan fikirlərə, yayğın mühakimələrə, uzunçuluğa,
ehtiyac olmadan haşiyəyə
çıxma hallarına və s. yol verilmir.
Deyilənlərdən heç də belə bir nəticə çıxarılmamalıdır ki, elmi üslubda
danışan və ya yazan digər üslubların elementlərinə müraciət etməməlidir. Elmi
məsələləri şərh edən natiq ehtiyac duyduqda (diqqəti daha çox cəlb etmək, fikrin
təsirini artırmaq, nitqə müəyyən canlılıq gətirmək və s.) məqsədlərlə bədii dilə
məxsus vasitələrdən – obrazlı ifadələr, aforizm, atalar sözü və sairdən istifadə edə
bilər. Hər halda bu müəyyən ölçüdə olmalıdır.
İctimai-publisistik üslub
. İstimai-publisistik
üslubda fikirlər ümumən
quru, rəsmi dillə ifadə olunur. Emosionallığı, obrazlılığı yaradan dil vasitələrinə -
epitet, metafora, inversiya, nida, sual və sairəyə bədii üsluba nisbətən az yer
verilir.
Lakin bununla belə, qəzetlərdə, jurnallarda oçerk, felyeton və hekayə-
lərdən də nümunələr gətirilir ki, bunlar
maraqla oxunur, oxucuya yaxşı təsir bağış-
layır. Mətbuat üslubunun başlıca xüsusiyyəti dilinin sadəliyi, aydınlığı, mənalılığı,
hamı tərəfindən başa düşülməsidir. Dil kasıblığı, söz məhdudluğu bu üslubdakı
yazıların oxunması işini çətinləşdirir.
Kütlələrə təsir göstərmək, problemlərin həllinə insanlarda maraq oyatmaq,
onları bu işə cəlb etmək məqsədini qarşıya qoyan mətbuatın dili, hər şeydən əvvəl,
canlı, aydın və anlaşıqlı olmalıdır.
Dostları ilə paylaş: