205
Etibarnamə (Vəkalətnamə).
Müəyyən bir idarə tərəfindən başqa bir
idarəyə təqdim olunmaq üçün xüsusi şəxslərə verilən sənəd. Belə vəkalətnamələr,
adətən, xüsusi formada, mətbəədə çap olunur. Nümunə
E T İ B A R N A M Ə
(Vəkalətnamə)
Mən, Qasımov Muxtar Məcid oğlu Şamaxı rayonunun Göylər kəndindən
mənə göndərilmiş 500 (beş yüz) manat pulu qrup yoldaşım
Hüseynov Kamil
Nemət oğluna (şəxsiyyət vərəqəsi_________№__________) almaq ixtiyarını
verirəm.
(imza) V.Vəliyev
12.02.2013
Muxtar Qasımovun imzasını təsdiq edirəm
Coğrafiya fakültəsinin dekanı: (imza) M.Z.Məmmədov
15.02.2013
ADPU-nun pedaqoji fakültəsinin V kurs, 503-cü
qrup tələbəsi Bayramova Ülkər Xıdır qızının
“İbtidai siniflərdə qiraət vərdişlərinin inkişafı
üzrə aparılan işlər” mövzusunda buraxılış işinə
R Ə Y
(nümunə)
İbtidai təhsilin qarşıya qoyduğu vəzifələrdən biri şagirdlərin nitq, o
cümlədən ifadəli qiraət vərdişlərini inkişaf etdirməkdir. Bu vəzifənin həyata
keçirilməsində ibtidai siniflərdə tədris olunan Azərbaycan
dili və oxu dərsləri
mühüm rol oynayır. Bu fənlərin tədrisində şagirdlər ədəbi dilin tələffüz
206
qaydalarını və intonasiya normalarını praktik şəkildə mənimsəyir, danışıq və
oxularında həmin qaydalardan istifadə etmək bacarığına yiyələnirlər. Bu iş hansı
yollarla aparılır? Bu məqsədlə hansı üsullardan və vasitələrdən istifadə olunur?
Ü.Bayramova haqqında bəhs etdiyimiz buraxılış işində yuxarıdakı suallara cavab
tapmağa çalışmış, bu işin öhdəsindən istənilən səviyyədə gələ bilmişdir. İş giriş,
iki fəsil, nəticə və kitabiyyatdan ibarətdir.
Girişdə ibtidai qiraətin ədəbi tələffüzlə əlaqədar məsələlərindən danışılır,
mövcud vəziyyət təhlil olunur.
Birinci fəsildə poeziya
dilində orfoepik normalar, onların ifadəli oxuda
canlılıq və ahəngdarlıq yaratmaq baxımından əhəmiyyəti və s. bədii parçalar
üzərində
izah olunur, aydınlaşdırılır, oxu dərslərində orfoepik bacarıqların
yaradılması ilə əlaqədar aparılacaq işlərdən söhbət açılır.
İkinci fəsil oxu dərslərində intonasiya qaydalarının öyrənilməsi
məsələsinə həsr olunmuşdur. Orada məktəb təcrübəsindən konkret nümunələr
gətirilir.
İşin sonunda verilən nəticədə deyilənlər ümumiləşdirilir.
Söylənilən
elmi və metodik fikirlər, mülahizələr, konkret məktəb
təcrübəsinə əsaslanan nümunələr, ümumən, qənaətləndiricidir. Bunlar, hər şeydən
əvvəl, tələbənin tədqiq etdiyi mövzunu yaxşı mənimsədiyini göstərir.
Yüksək
səviyyədə yerinə yetirilən bu buraxılış işi əla qiymətə layiqdir.
R ə y ç i: prof.N.Abdullayev
Dostları ilə paylaş: