Nitq mədəniyyətinin əsasları


Təvazökarlıq mədəni nitqin başlıca şərtlərindəndir



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə128/145
tarix17.10.2023
ölçüsü2,09 Mb.
#130529
növüDərs
1   ...   124   125   126   127   128   129   130   131   ...   145
Azf-277620

 
Təvazökarlıq mədəni nitqin başlıca şərtlərindəndir.
Adamlar öz 
şəxsiyyəti, fəaliyyəti barədə bu və ya digər məqsədlə başqalarına məlumat verməli, 
danışmalı olurlar. Nitq fəaliyyətinin bu formasında bəzən təvazökarlıqdan kənar 
işlənən söz və ifadələrə yol verilir. Radio verilişində bir aktyor öz səhnə fəaliyyəti 
haqqında belə ifadələr işlədirdi: “Məndə dramatizm güclüdür. Mənim səsim əladır. 
Mən həmişə baş rollarda çıxış etmişəm. Bütün görüşlərdə tamaşaçılar məni 
alqışlayıb. Mən professional səhnə ustasıyam”. Nitq üzərində apardığımız müşa-


235 
hidələr zamanı təvazökarlıqdan kənar işlədilən xeyli fakt qeyd etmişik. Məsələn, 
“Həmin mahnını mən daha yaxşı çalıram”; “Dissertant mənim əsərlərimə istinad 
etməmişdir”; “Bu barədə ilk dəfə mən bəhs açmışam”; “Dilçiliyin bu sahəsi ilə 
bağlı mənim xeyli kəşflərim var”; “Mən bu sahənin professoruyam” və s. Belələri 
başqalarının fikirlərini daima inkar edir, tənqidi mülahizələrlə razılaşmırlar, onlar 
üçün yalnız bir həqiqət – özlərinin fikirləri mövcuddur. Kim onlarla razılaşmırsa, 
belələrini yabançı, düşmən kimi qəbul edirlər. İndi el qarşısında özünü tərifləmək, 
demək olar ki, bir dəbə çevrilmişdir. Axı insan özünü ölkə qarşısında nə qədər 
tərifləyər? Bu nə müğənniyə, nə müəllimə, nə həkimə, nə də digər ixtisas, peşə 
sahiblərinə yaraşar. 
Böyük mesenant H.Z.Tağıyev olduqca sadə və təvazökar insan imiş. Onu 
yaxından tanıyan ingilis yazıçısı O.Nilin öz əsərlərinin birində yazırdı ki, 
Azərbaycan tarixində tanınmış simalardan olan H.Z.Tağıyev təbiətən az danışan 
olub. Özü haqqında isə ümumiyyətlə az danışarmış. Bu onun təbiətindən, 
təvazökarlığından irəli gəlirdi.
Dahilər, həqiqi mənada elm adamları, savadlı və mədəni şəxsiyyətlər 
özləri barədə, fəaliyyətləri haqda həmişə mümkün dərəcədə az danışmağa çalışmış, 
başqalarının onları tərifləməsinə razı olmamışlar. Ali məktəbdə dərs deyən, 
mühazirə oxuyan müəllimlərdən iki nəfəri – prof.Ə.Dəmirçizadəni və akademik 
F.Qasımzadəni yetirmələri həmişə hörmətlə xatırlayırlar. Onlar bir çox 
dərsliklərin, monoqrafiyaların müəllifi, sözün əsl mənasında alim, pedaqoq, lap 
adi insanlar idilər. Onların dilindən 
mən, mənim əsərlərim, mənim təsirim, mənim 
fəaliyyətim, yetirməm, mənim tədqiqat üslubum 
və s. kimi ifadələri bir dəfə də 
olsun eşidilməmişdi. Bu insanlar danışığında, rəftarında təvazökar, sözü-söhbəti 
bütöv, hər şeyi müdrikliklə ölçüb-biçən adamlar idilər. Biz onları öyrəndikcə, 
əsərlərini oxuduqca həmin insanların böyük alim, dilimizin, ədəbiyyatımızın 
görkəmli tədqiqatçıları olduqlarını dərk etdik, başa düşdük. Böyük təvazökarlıq 
onları bizim gözümüzdə daha da ucaltdı.
Ta qədimdən yazıb-yaradan ədiblər, filosoflar sadəlik və təvazökarlıqla 
bağlı çox dəyərli, hikmətli sözlər söyləmişlər. Ə.Xaqani sadəlik və təvazökarlığı 


236 
insana xas olan nəcib sifət kimi tərənnüm etmiş, lovğalığı və xudpəsəndliyi 
pisləmişdir: 
“Mənəm, mənəm” deyib öymə özünü, 
Həmişə müxtəsər söylə sözünü. 
Cahildir özünü tərif edənlər, 
“Çox bilirəm” demə bilsən də əgər. 
Geniş dünyagörüşünə, mükəmməl savada, yüksək intellektə sahib olan 
adamların nitqi, danışığı, adi söhbətləri təvazökarlıq baxımından xoşagəlimli olur. 
Onlar bir qayda olaraq gördükləri işi ümuminin adından təqdim edirlər. “Bizim bu 
sahədəki nəticələrimiz olduqca faydalıdır”; “Bu məsələyə bir qədər aydınlıq
gətirməyə çalışmışıq” və s. Çoxları öz fəaliyyətləri barədə danışarkən təvazö-
karlıq xatirinə belə ifadələr işlədir: “Özünü tərif olmasın”, “Özündən demək 
olmasın”, “Təvazökarlıqdan kənar olmasın”, “Bu mənim şəxsi fikrimdir” və s. 
Belə adamlar lovğalığın nə olduğunu bilməz, hər hansı işinə görə təriflənməsini 
də xoşlamazlar. İmperator Sezar Avqust (b.e.ə., I əsr) onu tərifləyənlərin, yaltaq-
ların qənimi idi. O, “cənab” sözünü işlətməyi və onu tərifləməyi qadağan etmişdi. 
Bir dəfə ailəsi ilə teatra gedərkən səhnədən aktyorun “Ey mərhəmətli hökmdar, 
Allah səni Roma xalqı üçün çox görməsin” deməsinə, tamaşaçıların onu alqış-
lamasına görə hiddətlənir və bir daha teatra gəlmir. 
Deyilənlərdən aydın olur ki, təvazökarlıq mədəni nitqin başlıca keyfiy-
yətlərindəndir. Natiqin nitqi bu baxımdan da nümunəvi olmalıdır. 
Məşhur Amerika pedaqoqu və natiqi Deyil Karneqi nitqin səmimiliyi 
məsələsindən bəhs edərkən olduqca həyati, hətta ibərətamiz nümunələr gətirir. 
Məsələn, “Ceneral Elektrik” kompaniyasına adamlar mövsümi şəkildə işə qəbul 
olunar, müddət başa çatanda baş mühasib onları bir-bir qəbul edər, xüsusi takt və 
hörmətlə sözə başlayardı. “Mister Smit, siz yaxşı işçi olmuşsunuz. Sizi biz Hyu-
Yorka göndərdiyimiz zaman çox ağır bir tapşırıq vermişdik. Siz bu işi yüksək 
səviyyədə yerinə yetirdiniz. Mən istərdim biləsiniz ki, bizim firma sizinlə fəxr 
edir. Sizin xarakteriniz elədir ki, hər hansı yerdə işləsəniz, hamının hörmətini 


237 
qazana bilərsiniz. Bizim firma Sizə inanır. Amma çox təəssüf edir ki, sizdən 
ayrılmalı olacağıq və istərdik ki, Siz bunu biləsiniz”. 
Belə bir insani münasibət işdən azad edilənin məyusluğunu aradan 
qaldırır, onu işləməyə, fəaliyyət göstərməyə, yaşamağa ruhlandırırdı. 
Dünyanın böyük adamları bir də ona görə böyükdürlər ki, onlar öz 
uğurları ilə öyünmürlər, başqalarının mənliyinə, qüruruna toxunmurlar. 
Uzunəsrlik düşmənçilikdən sonra 1922-ci ildə türklər yunanları türk 
ərazisindən çıxarmaq qərarına gəlirlər. Mustafa Kamal öz əsgərlərini Aralıq dənizi 
uğrunda vuruşmağa çağırır. Bu böyük vuruşda türklər qələbə qazanır. Yunan 
generallarından Trikupie və Dianis təslim aktına qol çəkmək üçün Mustafa 
Kamalın qərargahına yollanırlar. Yol boyu türk əsgərləri onlara cürbəcür söyüşlər 
yağdırırlar. Lakin Mustafa Kamalın onlarla söhbətində qələbə təntənəsi o qədər də 
hiss olunmurdu. Mustafa Kamal onlara yer göstərir və deyir ki, siz, yəqin ki, 
yorulmuşsunuz. Bundan sonra Mustafa Kamal hərbi əməliyyatın gedişini müza-
kirə edib, nəhayətdə məğlub yunan generallarının dərdlərini yumşaltmaq məqsə-
dilə deyir: “Müharibə bir oyundur, hərdən ən yaxşı adamlar belə məğlubiyyətə 
düçar olurlar” (59). 
İnsan öz üstünlükləri ilə öyünməməli, qürrələnməməlidir. İngiltərənin 
maliyyə naziri Lorq Cesterfild oğluna deyirdi: “Əgər bacarırsansa hamıdan ağıllı 
ol, amma bu haqda heç kimə danışma” Ağıllı adamlar “mən” şəxs əvəzliyinin çox 
az hallarda işlətmişlər. Onlar öz uğurlarından, necə deyərlər, xəsisliklə danışmış, 
həm də bunları ümuminin adı ilə verməyə çalışmışlar. Mərifətli insanlar tarixən 
təvazökar adamları özlərinə dost seçmişlər. 

Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin