Nitq mədəniyyətinin əsasları



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə131/145
tarix17.10.2023
ölçüsü2,09 Mb.
#130529
növüDərs
1   ...   127   128   129   130   131   132   133   134   ...   145
Azf-277620

 


242 
3.
 
Məmnun olmaq məqamında:
Razıyam; Etiraz etmirəm; Sizinlə 
şərikəm; Xoşuma gəlir; Çox şadam; Minnətdaram; Məmnuniyyətlə; Xoşdur; baş 
üstə; göz üstə; Arxayın olun; Sizi unutmaram; Sizinlə işləmək mənim üçün böyük 
şərəfdir; Nə qədər bədənimdə canım var, sizin şəfqətinizi unutmayacağam; Allah 
köməyin olsun; Tanrı sənə yar olsun. 
4.
 
Etiraz etmək, razılıq verməmək məqamında: 
Bu məni təmin etmir
Etirazımı bildirirəm; Etiraz edirəm; Sizin fikrinizlə şərik deyiləm; Mən başqa cür 
düşünürəm; Bağışlayın, bu məsələdə sizinlə razı deyiləm; Bu mənim xoşuma 
gəlmir; Belə etməyin; Bu ürəyimcə deyil və s. 
 
5.
 
Təskinlik vermək, razı salmaq məqamında: 
Bir qədər ətraflı 
düşünün; Əsəbiləşməyin; Darıxmayın; İcazə verin danışım; İmkan verin fikrimi 
izah edim; Özünüzü ələ alın; Səbr edin; Bir qədər səbrli olun; Nə etmək olar, 
qismət belə imiş və s. 
 
6.
 
İntizama dəvət, məzəmmət etmə: 
Sizdən bu hərəkəti gözləməzdim
Belə hərəkət sizə yaraşmaz; Siz adınıza layiq hərəkət etməlisiniz; Danışığınıza 
fikir verin; Allah xatirinə razı olun; Nəzakətli olun; Çalışın ki, başqaları sizdən 
razı qalsın; Bir qədər səmimi olun, səhvinizi etiraf etməkdən çəkinməyin və s. 
 
7.
 
Qarşılama məqamında: 
Xoş gördük; Nə gözəl təsadüf; Xoş 
gəlmişsiz; Lap vaxtında gəlmişsiniz; Həmişə siz gələsiniz; Göz üstə gəldin; Sizin 
gəlişinizə şadam; Sizi arzulayırıq; Səni çoxdan gözləyirdim; Gələn qədəmləriniz 
var olsun; Buyurun, buyurun əyləşin, qurbandı sənə və s.

Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin