Nitq mədəniyyətinin əsasları


Məsləhəti qəbul etmək məqamında



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə134/145
tarix17.10.2023
ölçüsü2,09 Mb.
#130529
növüDərs
1   ...   130   131   132   133   134   135   136   137   ...   145
Azf-277620

 
19. Məsləhəti qəbul etmək məqamında: 
Dediklərinizlə razıyam. Bunlar 
mənim xeyrimədir. Faydalı məsləhətiniz üçün çox sağ olun. Sizin bu xeyirxah 
məsləhətinizi heç vaxt unutmaram.
 
Sizin təklifinizi qəbul edirəm. Çalışacağam ki, 
dediklərinizə əməl edim. Sizin üçün bu işi etməyə çox şad olardım və s. 
 
20. Telefonla danışanda; Zəng edəndə: 
Alo, sabahınız (axşamınız, hər 
vaxtınız) xeyir olsun. Bağışlayın, mən kiminlə danışıram? Sizi narahat edən 
Kamilədir. Bilmək istəyirəm... Fikrimi sizə çatdıra bildimmi? Çox sağ olun. 
Bağışlayın, vaxtınızı aldım. Deyəsən, sizi yordum. Təşəkkür edirəm. Minnətdaram. 
Zəngə cavab verəndə:
 Alo, salam, eşidirəm sizi. Buyurun. Zəhmət olmasa 
bir qədər ucadan danışın. Bağışlayın, zəng edən kimdir? Xoşdur. Bu saat 
çağıraram. Mütləq yetirərəm. Arxayın olun! Sağ olun! 
21. Süfrə etiketləri: 
“Bismillah”, “Bərəkətli olsun”, “Allah bol eləsin”, 
“Afiyət olsun”, “Nuş olsun”, “Buyurun”, “Çox sağ olun”.
Şübhəsiz, mədəni nitqin etiketləri dediklərimizlə məhdudlaşmır. Dilimiz 
bu baxımdan olduqca zəngindir. 
Yuxarıda deyilənlərə yekun olaraq qeyd etməliyik ki, insanın etik, əxlaqi 
baxışları qısa zaman daxilində yaranıb formalaşmır. Bu, uzun sürən bir proses 
olub, ömrün bütün dövrlərini əhatə edir. Mədəni nitq, danışıq etikası, nəzakətli
hərəkətlər hələ ibtidai siniflərdən şagirdlərə öyrədilməlidir. Bəzi xarici ölkələrin 


245 
məktəblərində bu məqsədlə “Ünsiyyət mədəniyyəti” adlı xüsusi fənn tədris 
olunur. Bizim məktəblərdə də bu sahədə bütün təhsil müddətində iş aparılmalı, 
gələcəyin mühəndisi, həkimi, jurnalisti, hüquqşünası... öz fikrini düzgün, aydın, 
məntiqi, yığcam, səlis, ahəngdar, təsirli bir şəkildə, ən başlıcası, etik qaydaları 
gözləməklə ifadə etməyi bacarmalıdır. Bu baxımdan nitq mədəniyyətinin bütün 
ali məktəblərdə ayrıca fənn kimi tədris edilməsi məqsədəuyğun sayılmalıdır. Bu, 
ali təhsilli gənclərin həyata hazırlanmasının başlıca şərtlərindəndir. 
Kütlələrin nitq mədəniyyətinə, nəzakətli davranışa yiyələnməsinə təsir 
göstərməkdə radio-televiziya verilişlərinin imkanları daha genişdir. Bu verilişlər 
mədəni nitqin mənimsədilməsində nümunə rolunu oynamalıdır. Dinlə-yicilər 
diktorların, aparıcıların, verilişə dəvət olunan ziyalıların etik normalara uyğun 
səslənən nitqini dinləyərək onun məziyyətlərini mənimsəyər, eşitdiklərini öz nitq 
təcrübəsinə tətbiq edər, lazımi məqamda işlədə bilirlər. Mətbuatda “Nitq 
mədəniyyəti”, “Nitq mədəniyyəti və mətbuat dili”, “Mədəni danışığa yiyələnək”, 
“Danışıq etikası”, “Biz düzmü danışırıq?” və s. mövzularda söhbətlərin, 
müzakirələrin aparılması, buraya görkəmli filoloqların, yazıçıların, pedaqoqların, 
səhnə ustalarının və başqalarının dəvət olunub onların mülahizə və təkliflərinin 
nəzərə alınması bu sahədəki qüsurların aradan qaldırılmasında faydalı ola bilər. 
Biz tək-tək fərdlərin, ziyalıların, o cümlədən vəzifə sahiblərinin deyil, 
bütövlükdə cəmiyyətin etik mədəniyyətinin yüksəldilməsinə nail olmalıyıq. 
Nəzakət qaydalarının gözlənilməsi insanların cəmiyyətdə qarşılıqlı anlaşmasının, 
müsbət əhvali-ruhiyyə yaradılmasının ən mühüm şərtlərindəndir. 

Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin