Nitq mədəniyyətinin əsasları



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə21/145
tarix17.10.2023
ölçüsü2,09 Mb.
#130529
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   145
Azf-277620

III FƏSĠL 
 
NĠTQĠN ĠFADƏLĠLĠYĠ 
 
Nitqin intonasiyası.
Natiq fikrini düzgün, aydın, məqsədəuyğun ifadə 
etməklə yanaşı, onu cazibəli, təsirli, emosional bir formada verməyi, dinləyicinin 
qəlbinə, zehninə nüfuz edə biləcək inandırıcı dil vasitələrindən istifadə etməyi də 
bacarmalıdır. Parlaq, kəskin, orijinal, ifadəli nitq dinləyicilərin hisslərinə təsir 
edir, marağını artırır, diqqətini cəlb edir, fikrin məzmununu yaxşı dərk etməyə 
kömək göstərir. Dinləyicilər natiqin mühazirələrindən ona görə razılıq edirlər ki, 
onun danışığı aydın, məzmunludur. Bu nitq güclü məntiq, tutarlı söz, ifadə, 
cümlələrdən ibarətdir, həm də ifadəlidir, təsirlidir, emosionaldır. 
Nitqdə ifadəlilik, emosionallıq müxtəlif vasitələrin köməyi ilə yaranır. 
Bura daxildir: intonasiya(melodiya, temp, tembr, vurğu, pauza, ritm, səsin gücü, 
səsin diapazonu), leksik vahidlər: sinonim və antonimlər, frazeoloji birləşmələr, 
atalar sözü, zərbi-məsəllər, məcazi mənalı sözlər, birləşmələr, təkrarlar, ritorik 
fiqurlar, emosional nidalar və s. Sözlərin əsas mənasına əlavə rəng, çalarlıq verən 
bu ifadəlilik vasitələrinin köməyi ilə natiq (müəllim) ən incə mətləbləri 
dinləyicilərə çatdırır. 
Natiqlik sənətində məntiqli danışığa daha çox əhəmiyyət verilir. Belə 
danışıq vasitəsilə natiq fikrini, mətnin məzmununu dəqiq və aydın şəkildə 
dinləyiciyə çatdırmaqla onun ağlına, düşüncəsinə təsir etmiş olur. Lakin məzmu-
nun çatdırılması mühazirəçinin yeganə məqsədi deyildir. Əgər danışan təkcə 
məntiqi qanunauyğunluğu əsas götürsə, başqa sözlə, danışığa fikrin ancaq ifadə 
forması kimi baxsa, nitq boyasız rəsm əsəri kimi təsirsiz olar və sönük çıxar. Nitq 
ancaq emosional boya kəsb etdikdə təsirli olur, dinləyicini daha çox maraqlan-
dırır. Məlumdur ki, danışan eyni zamanda müsahibinin qəlbinə, hisslərinə təsir 
etmək , onda müxtəlif emosiyalar oyatmaq, eşidənləri nəyəsə sövq etmək, nədənsə 
çəkindirmək və s. kimi məqsədlər də qarşısına qoyur. Belə hallarda nitq rəngarəng 
ifadə çalarları kəsb edir, emosional boyalarla müşayiət olunur. İntonasiya baxı-


61 
mından zəngin olan nitq maraqla dinlənilir. Dinləyicilər belə nitqdən, ifadə 
tərzindən xüsusi zövq alırlar. İntonasiya baxımından düzgün qurulmuş nitq diqqəti 
daim səfərbər edir, nəzərdə tutulmuş məqsədin, ideyanın dinləyiciyə asan 
çatmasına şərait yaradır. Əksinə, intonasiya çalarından məhrum olan nitq, mono-
tonluq, süstlük, həddindən artıq sürətlə və ya yavaş danışıq, diksiyanın pozulması 
və s. dinləyicini yorur, bəzən hətta əsəbiləşdirir. Dinləyicilər bu cür natiqin 
mühazirəsindən, necə deyərlər, tez yaxa qurtarmağa çalışırlar. 
Dilimiz intonasiya cəhətdən olduqca zəngindir. Bu dil nitq prosesində 
rəngarəng məna çaları kəsb edir. İntonasiya çalarları vasitəsilə müxtəlif emosional 
vəziyyətlər: qorxu, qayğı, qərəz, qəm, məğrurluq, əsəbilik, dəhşət, etinasızlıq, 
məftunluq, məyusluq, nigarançılıq, nəşə, həyəcan, təlaş, təşviş, təskinlik, təntənə, 
pərtlik, lovğalıq, laqeydlik, coşqunluq, həya, sevinc, acıq, şübhə, təkəbbür və s. 
ifadə olunur. Danışan avazlanmanın bu çalarlarından məqsədinə müvafiq şəkildə 
istifadə etmək, nitqin predmetinə, müsahibinə münasibətini bildirməklə söz və 
ifadəyə müxtəlif məna rəngarəngliyi verir, onun məzmununu genişləndirir, dol-
ğunlaşdırır. Aşağıdakı şeirdə intonasiyaca kövrək duyğular daha canlı şəkildə 
oxucuya çatdırılır. 
Kölgə düşür bağarası cığırlara, izlərə, 
Çökür axşam sərinliyi təpələrə, düzlərə. 
Hərdən xəfif meh əsdikcə yırğalanır göy otlar 
Qəlbi kövrək ana kimi doluxsunur buludlar. 
...Kəkliklərin nəğməsilə bihuş düşür yamaclar, 
Duvaq örtmüş gəlin kimi sakit durur ağaclar. 

Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin