Nitq mədəniyyətinin əsasları


Sual cümlələrinin tələffüzü



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə39/145
tarix17.10.2023
ölçüsü2,09 Mb.
#130529
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   145
Azf-277620

Sual cümlələrinin tələffüzü.
Sual cümlələrinə məxsus intonasiya elə 
böyük əhəmiyyət kəsb edir ki, çox halda o, sual cümləsini yaradan yeganə vasitə 
olur. Bu intonasiya daha çox məntiqi vurğu ilə əlaqədardır. Sual intonasiyası 
əsasında formalaşan sual cümlələri sözlərin sırası bəzən dəyişilərək, bəzən də 
dəyişilməyərək tələffüz olunur. Sözlərin sırası dəyişilmirsə, sual intonasiyası 
cümlədə müəyyən sözün (məntiqi vurğulu sözün) yüksək tonla deyilməsi ilə 
özünü göstərir. Məsələn; 
Sən dünənki televiziya tamaşasına baxdın? 
Bu cümlədə 
məntiqi vurğunu ayrı-ayrı sözlər üzərinə keçirməklə bir-birindən üslubca fərqli 
olan bir neçə sual cümləsi düzəltmək olur. Bəzən sual cümlələrində (Bu digər 
cümlə tiplərində də belə olur) məntiqi vurğulu söz və ya söz birləşmələri xəbərin 
əvvəlinə keçirilir. Həmin söz yüksək səs tonu ilə deyilir və buradan da sual 
intonasiyası yaranır. Məsələn; Sən sabah Qədirlə görüşəcəksən? Bu cümləni 
soruşanın məqsədinə uyğun olaraq aşağıdakı şəkillərdə ifadə etmək olar:


87 
Sən sabah 
Qədirlə
görüşəcəksən? Sabah Qədirlə 
sən
görüşəcəksən? Sən 
Qədirlə 
sabah
 görüşəcəksən?
Sual intonasiyası ilə yaranan sual cümlələrində məntiqi vurğunun hansı 
sözün üzərinə düşməsindən asılı olmayaraq, xəbər həmişə cümlənin digər 
üzvlərinə nisbətən qüvvətli deyildir. Belə cümlələrdə xəbərin son hecası bir qədər
uzadılaraq tələffüz olunur ki, bu uzanma heç bir formal əlamət olmadan sual 
intonasiyasını yaradır. 
Sual əvəzlikləri
ilə əmələ gələn cümlələrində sual əvəzlikləri cümlədəki 
yerindən asılı olmayaraq hər bir halda məntiqi vurğu qəbul edir. 
Kim bizim uğurlarımıza şübhə edə bilər? 
Bu cümlədə sual bildirən “kim” sözü məntiqi vurğu qəbul etdiyi üçün 
yüksək intonasiya ilə deyilməlidir. Əvvəlində sual əvəzliyi gələn belə cümlənin 
sonuna doğru səs tonu alçalır. Məsələn;
Nədir dinlədiyim bu xoş nəğmələr?
(S.Vurğun) 
Sual əvəzliyi cümlənin ortasında gəldikdə o yüksək intonasiya ilə tələffüz 
olunur. Məsələn; 
Kəndə necə gedib çıxacaqsan? Maşını alana qədər kimdən 
çörək pulu istəyəcəksən?
(İ.Ə.) və s. 
Sual əvəzliyi cümlənin sonunda gələrsə, həmin söz məntiqi vurğu altında 
yüksələn səs tonu ilə oxunacaqdır. Məsələn; 
Axan sular, sən kiminsən? 
Mənə körpü salanın. 
Doğan günəş, sən kiminsən? 
Məndən işıq alanın. 
Sonsuz fəza, sən kiminsən? 
Məndə qanad salanın. 
Həyat, söylə, sən kiminsən? 
Mən həyatı öyrənənin, 
Bacaranın, alanın
(C.C.) 


88 
Sual cümlələrinin başqa bir qismi sual şəkilçilərinin (-mı, -mi, -mu, -mü) 
köməkliyi ilə düzəlir. Məsələn; 
Hə, buruq xoşuna gəldimi?
(M.M.) ; Məhəbbət 
öz-özlüyündə gözəl duyğu deyilmi? (İ.Ə.). 
Bu cümlələrin xəbərləri (gəldimi, deyilmi) sual ədatı ilə işlənmişdir. Sual 
ədatları əksərən cümlənin xəbəri ilə əlaqədar olur. Lakin bəzən məntiqi vurğudan 
asılı olaraq, başqa sözlərə də qoşula bilir. 

Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin