Nitq mədəniyyətinin əsasları



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə46/145
tarix17.10.2023
ölçüsü2,09 Mb.
#130529
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   145
Azf-277620

 
NĠTQĠ TAMAMLAYAN ĠFADƏLĠ 
HƏRƏKƏTLƏR 
Nitq ifadəli hərəkətlərlə müşayiət olunur. Bu hərəkətlər (jestlər, mimikalar 
pozalar və digər hərəkətlər) ya sözlə ifadə olunan məna tutumunu artırır, ifadə-
liliyi gücləndirir ya da həmin mənaya ekspressivlik verir, onu daha təsirli edir. Bu 
sahədə mimikanın rolu böyükdür. Mimika yunanca mimikos – təqlid mənasında 
işlənib üz əzələlərinin ifadəli hərəkətləri anlamını bildirir Mimika insan hiss-
lərinin, əhvali-ruhiyyəsinin təzahür formalarından biridir. O, sözün təsir gücünü 
artırır, onun mənasının qavranılmasına kömək edir. Jest insan bədəninin - qolun, 
əlin, başın və s. mənalı hərəkəti olmaqla qeyri-verbal ünsiyyətdə bədən dili ilə 
ifadə olunan mənanı müşayiət edir, tamamlayır, onun təsir gücünü, emosional-


97 
lığını artırır. Danışıq zamanı müxtəlif bədən hərəkətləri (qaşı oynatmaq (təəccüb, 
maraq), baş tərpətmək (razılıq, narazılıq, peşmançılıq, kinayə və s.), barmaqları 
silkələmək (hədələmək, tapşırmaq, məsuliyyəti artırmaq), bığlarının ucunu ağzına 
alıb çeynəmək (qəzəb, kin), üz-gözünü turşutmaq (narazı olmaq), boğaz çəkmək 
(yalvarmaq, yola gətirmək), əli sinəsinə və gözü üstünə qoymaq (razılıq) və s. 
vasitəsilə müəyyən məna və ya fikir ifadə olunur. Bu cür jest, mimika, danışıq 
prosesində edilən kəskin və sürətli hərəkətlər söylənilən fikrə uyğun olanda lazımi 
effekt yarada bilir. “Adətən, natiq sözlərin köməyini hiss etməyəndə jestlərdən, 
mimikadan, duruşdan, baxışın istiqamətindən, hətta həmsöhbətlərin arasındakı 
məsafədən də istifadə etməklə də ünsiyyətdə ola bilir. Bu cür mənalı ünsiyyət
xüsusi ilə emosional vəziyyət, hisslər və əhvalların ötürülməsi ilə əlaqədar olan 
şərait üçün xarakterikdir” (30, səh.72). Deyilənlərə görə, karol Ferdinand Neapoli-
tanski 1821-ci ildə onu ölkədən qaçmağa məcbur etmiş iğtişaşlardan sonra öz 
şəhərinə qayıdanda sarayın qarşısındakı meydana toplanmış şəhər camaatına nitq 
ilə müraciət etmək istəyir. Lakin balkonda ayaq üstündə xeyli dayandıqdan sonra 
kral başa düşür ki, təlatümə gəlmiş kütlənin hay-küyü, hətta kralın yanındakı 
əyanları belə onu eşitməsinə imkan verməyəcək. Onda Ferdinand bir kəlmə də 
deməyib öz təbəələrinə əsl cənublu kimi, əl-qol hərəkətləri ilə müraciət edir. 
Əllərinin hərəkəti və mimikası ilə onları çağırır, danlayır, xəbərdar edir
bağışlayacağına söz verir... Şəhərlilər sakitləşir, “nitq”ə diqqətlə fikir verir və 
nəhayət, onun simasında öz adamlarını, əl-qol hərəkətləri edən neapollunu qəbul 
edib onu alqışlayırlar. 
Bu nümunə ifadəli hərəkətlərin ünsiyyətdə kəsb etdiyi rolu əyani şəkildə 
sübut edir. Lakin danışıq, oxu zamanı nitqi tamamlayan bu əlavə vasitələrdən 
həddindən artıq istifadə etmək o qədər də məqsədəuyğun sayılmır. Danışanın 
həddindən artıq əl-qol atması, üz-gözünü turşutması, əllərini bir-birinə vurması, 
dodağını çeynəməsi, ağzını marçıldatması, burnunu, bığını, boynunu sığallaması, 
danışarkən tez-tez o tərəf, bu tərəfə hərəkət etməsi və s. fikrin həmin hərəkətlər 
istiqamətində yayınmasına, dinləyicilərin ümumi bir narahatlıq və narazılığına 
səbəb olur, bəzən də gülüş yaradır. Nitq praktikasında natiqin belə hallara yol 


98 
verməsi dözülməzdir. Natiq digər sahələrdə olduğu kimi, ifadəli hərəkətlərində də 
müəyyən ölçüləri gözləməli, təbii və cazibəli duruşu, jesti, mimikası ilə 
işgüzarlığını, hazırlığını, sadəliyi və səmimiyyətini nümayiş etdirməli, nitqinin 
ifadəliliyini artırmalı, dinləyicilərin düşüncə və hisslərinə təsir göstərməklə 
söylədiklərinin daha yaxşı mənimsənilməsinə nail olmalıdır. 
Nitq hərəkətlərindən istifadə həm də milli xarakter daşıyır. Bu məsələdən 
danışarkən Ə.Kəlbəliyev göstərir ki, danışığın icra tərzində müxtəlif xalqlar 
arasında müəyyən fərqlər özünü göstərir. Məsələn, italiyalı danışıq zamanı əl-
qolunu çox işlətdiyi halda, amerikalılar həmişə gülümsünür, yaponiyalı isə 
danışarkən öz müsahibinin gözünə qətiyyən baxmır, yerə baxır. Buna görə də 
etiketlərdən istifadə edərkən ünsiyyətdə olduğun adamın milli mənsubiyyəti, milli 
ənənələri nəzərə alınmalıdır (39, 9).

Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin