Nitq mədəniyyətinin əsasları


Köməkçi sözlərin yazılışı



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə67/145
tarix17.10.2023
ölçüsü2,09 Mb.
#130529
növüDərs
1   ...   63   64   65   66   67   68   69   70   ...   145
Azf-277620

Köməkçi sözlərin yazılışı 
1. 
Ġdi, imiĢ, ikən
köməkçi sözləri adlardan (isim, sifət, say, əvəzlik) və 
saitlə qurtaran fellərdən sonra ayrı, samitlə bitən fellərdən sonra həm ayrı, həm də 
ilk saiti buraxılaraq, şəkilçiləşmiş variantlarda bitişik yazılır: ata idi, ata imiş, ata 
ikən, uşaq idi, uşaq imiş, uşaq ikən, gəlməli idi, gəlməli imiş, gəlməli ikən
gəlmişdi, gəlirkən, gəlmiş imiş... 
2. Qoşmalar iki cür yazılır:
a) birhecalı qoşmalar (-can, -cən, -dək, -tək) aid olduqları sözə bitişik 
yazılır: 
dağacan, evəcən, küçəyədək, quştək....
b) ikihecalı qoşmalar (qədər, kimi, ötrü, təki, üçün, ilə) aid olduqları 
sözdən ayrı yazılır: 
evə qədər, adam kimi, ondan ötrü, sənin təki, şagird üçün. 
Qeyd

İlə
 qoşması samitlə bitən sözlərdə ahəng qanununa uyğun olaraq –
la, -lə
 şəklində bitişik yazıla bilər. 
3. Mənşəcə mürəkkəb olan aşağıdakı bağlayıcılar bitişik yazılır: 
yainki, 
yaxud, nəinki, habelə, halbuki, həmçinin, hərgah, hərçənd, çünki.
4. Ədatlar sözlərdən ayrı yazılır: 
di get, gör ha, dedim də, sən ki, daha 
gözəl, lap pis, ən yaxşı. 
-mı, -mi, -mu, -mü
və 
sana/sənə
ədatları istisnadır. Onlar aid olduqları 
sözlərə bitişik yazılır: 
Qəşəngdirmi? Kitabdırmı?, Oxudumu? A kos-kosa gəlsənə, 
torbanı doldursana?
... 


132 
Qeyd
: -
mı, -mi, -mu, -mü
sual ədatı 
da/də
ədatından ayrı yazılır: 
Sən də 
mi gedirsən? O yenə də mi danışacaq? ...
5. Eyni nidanın təkrarından əmələ gələn nidalar defislə yazılır: 
bəh-bəh, 
vay-vay, pəh-pəh, uy-uy, ha-ha-ha.
... 
6. Müxtəlif sözlərdən əmələ gələn nidalar ayrı yazılır: 
ay aman, ay 
haray
...

Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin