Nitq mədəniyyətinin əsasları



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə70/145
tarix17.10.2023
ölçüsü2,09 Mb.
#130529
növüDərs
1   ...   66   67   68   69   70   71   72   73   ...   145
Azf-277620

(-cı, -ci, -cu, -cü
) və hal şəkilçisini rəqəmdən ayırıb yeni sətrə keçirmək 
olmaz; məs.: 1956-cı, 1958-ci, 9-cu, 4-cü, 5-ə, 6-ya, 3-də. 
Qaçaqaç, tutatut, kəsəkəs
tipli sözlərdə a (ə) bitişdirici birinci sözün son 
samitinə qoşulub, heca təşkil edərək ya sətrin sonunda qala bilər, ya da yeni sətrə 
keçirilə bilər.
Keçirmək olmaz: Keçirmək olar: 
qaç-aqaç qaça-qaç, qa-çaqaç 
tut-atut tuta-tut, tu-tatut 
kəs-əkəs kəsə-kəs, kə-səkəs 
Diaqram, monoqram
kimi sözlərdə qram hissəciyindəki q samitini 
özündən əvvəlki saitə qoşub, sətrin sonunda qoymaq olmaz:


135 
Keçirmək olmaz: Keçirmək olar:
diaq-ram dia-qram 
monoq-ram mono-qram 
steneq-ram steno-qram
proq-ram pro-qram 
teleq-ram tele-qram 
Sentyabr, oktyabr, noyabr, dekabr
tipli ikihecalı sözləri aşağıdakı şəkildə 
sətirdən-sətrə keçirmək olar: sen-tyabr, ok-tyabr, no-yabr, de-kabr. 
Düzgün yazı bacarığına yiyələnməyin başlıca şərtlərindən biri durğu 
işarələrinin məqama uyğun işlədə bilməkdir. Durğu işarələri düzgün oxuyub 
yazmaqda, fikri başqasına dəqiq çatdırmaqda, ümumiyyətlə, nitq mədəniyyətində 
müstəsna əhəmiyyət kəsb edir. Bu işarələr yazılı nitqin təsir gücünü artırır, onun 
məzmununa aydınlıq, dürüstlük və dəqiqlik gətirir. Durğu işarələri o zaman böyük 
əhəmiyyət kəsb edir ki, bütün yazanlar və oxuyanlar hər bir durğu işarəsinin 
mənasını, vəzifəsini eyni dərəcədə başa düşsünlər, durğu işarələrinin işlənməsinə 
dair vahid, dəqiq qaydalara əsaslanmış olsunlar. Durğu işarələrinin bir qismi 
(nöqtə, defis, dırnaq kimi) orfoqrafik, digər qismi (vergül, nöqtəli vergül, sual, 
nida kimi) sintaktik funksiya daşıyır. Bu işarələr təkcə yazıdakı müxtəlif 
qrammatik bağlanmaları, ayrılmaları göstərməyə deyil, həm də yazılı nitqdə
nəzərdə tutulan fikir rəngarəngliyini, hissi halları, psixoloji vəziyyətləri nəzərə 
çarpdırmaq vəzifəsini də yerinə yetirir. Sual, nida, çox nöqtə, mötərizə, dırnaq 
kimi işarələrdən sözlərin, ifadələrin və cümlələrin üslubi, emosional-estetik 
çalarlarını nəzərə çarpdırmaq məqsədilə istifadə olunur. Bu işarələrin işlənmə 
məqamları rəngarəngdir. İmkanın məhdudluğu üzündən onlar haqda bir qədər 
yığcam danışmaqla kifayətlənirik. 
NÖQTƏ
Bu işarə aşağıdakı hallarda qoyulur:
1) Nəqli cümlənin sonunda.
Məs.; 1. Xalqımın Nizami, Füzuli, Sabir, 
Vurğun kimi poeziya duhaları vardır. 2. Nəbi Xəzri lirik şairdir. 
2) Yarımçıq nəqli cümlələrdən sonra. 
Məs.;
 


136 
- Maşınınız harada qalıb? 
- Kəndin girəcəyində. 
 

- Sən haralısan? 
- Qaramanlı. 
3) Ad və ata adlarının qısaltma formalarından sonra
. Məs.;

1. Qəsəbəmizin mərkəzindəki parka H.Əliyevin adı verildi. 2. N.Abdul-
layev təcrübəli müəllimdir.
4. Və ilaxır və sair, və başqa sözləri ixtisarla yazıldıqda. 
Məs..; 
 
M.F.Axundov, F.Köçərli, Ə.Nazim, M.Arif, M.C.Cəfərov və b. görkəmli 
tənqidçi - ədəbiyyatşünaslar olmuşlar. 
5. Əsərlərindən misal gətirilən müəllifin adı ixtisarla veriləndə
. Məs.; 
Gərək ya Hacı Səmədağanın əlinə baxam, ya da gedib polis qulluğuna daxil olam 
(Ə.H.).

Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin