(M.Cəlal); 2. Bəlkə, səadətin rəngi mavidir? (N.Xəzri). b) cümlənin ortasında gələn ara sözün hər iki tərəfində. Məs.;
Onlardan biri, nəhayət, ağır addımlarla qadının buz heykəlinə doğru gedir (Ə.Məmməd- xanlı). c) cümlənin sonunda gələn ara sözdən əvvəl. Məs.;
Yazda əkdiyim şaftalı ağacı quruyur, deyəsən. VI. Hətta, ələlxüsus, habelə, baxmayaraq sözləri ilə xüsusiləĢən cümlə üzvündən əvvəl. Məs.;
1. Bütün ölkələrin xalqları, o cümlədən də Azərbaycan xalqı terrorizmi pisləyir və ona qarşı mübarizə aparır. 2. Göyün üzünə ulduzların səpələnməsinə baxmayaraq, çayın vadisi qaranlıq idi (İ.Şıxlı). VII. Xitablarda vergül: a) cümlənin əvvəlində gələn xitabdan sonra. Məs.; “Ay ana, bircə saat
dincəl, ayaqların yoruldu, haldan düşdün”
(“Min bir gecə”). A qardaşlar, iş başına! Biz də bir iş görəlimm! (Ə.Cavad)
138
b ) cümlənin ortasında gələn xitabdan əvvəl və sonra. Məs.;
- Adətimizdir, bala, səfərə çıxanın dalınca su atarlar (G.H.). c) xitab cümlənin sonunda gəldikdə ondan əvvəl vergül qoyulur. Məs.;
Səhər çağı Göy meşədən Dərdim səni, ağ çiçək. (N.Xəzri) VIII. Nidalarda vergül Alçaq tonla deyilən cümlələrdə nidadan sonra. Məs.;
1. Əfsus, qocaldım ağacım düşdü əlimdən, Səd heyf cavanlıq.