149
c) danışıq harada gedir? (evdə, küçədə, sinifdə, auditoriyada, ictimai
tədbirlərdə, rəsmi yerlərdə, radio və televiziya verilişində və s.);
ç) söhbət nə haqdadır? (məişət, elmi, siyasi və s. mövzularda);
d) söhbət nə məqsədlə aparılır? (sadəcə olaraq məlumat vermək, söylə-
nilən
fikri sübut etmək, əsaslandırmaq, müsahibi nədənsə çəkindirmək, nəyəsə
sövq etmək və s.).
Yuxarıda qeyd olunan şəraitdən, məqsəddən və digər amillərdən asılı
olaraq yaranan müxtəliflik nitqin həm leksikası, həm sintaksisi,
həm də
tələffüzündə özünü göstərir. Bu baxımdan – nitqin məqsəd və şəraitinə uyğun
gələn fonetik vasitə və imkanlarından istifadə ilə bağlı tələffüzün üslubları
yaranır, formalaşır. Məşhur fonetisit-orfoepist R.V.Şerba, prof.Ə.Dəmirçizadə və
prof.Ə.Əfəndizadə öz tədqiqatlarında tələffüzün üslubları haqda müxtəlif fikirlər
söyləmiş, bölgülər irəli sürmüşlər (65, 18, 22).
Biz tələffüzün üslublarından bəhs edərkən prof. Ə.Əfəndizadənin
müəyyənləşdirdiyi üç üslub haqqında danışmağı lazım bildik: normativ üslub,
kitab üslubu, adi danışıq üslubu.
Normativ üslub.
Ədəbi tələffüz normaları əsasında yaranan üslub
normativ üslub adlanır. Əgər danışan və ya hər hansı bir mətni
oxuyan adamdan,
uşaqlar, gəlirlər, konsert, başlayır, işləyir
kimi söz və qrammatik formaları ədəbi
tələffüzə uyğun şəkildə:
adamnan, uşaxlar, gəlillər, kansert, başlıyır, işliyir
kimi
söylədirsə, o, normativ tələffüz üslubunda danışmış və ya oxumuş olur. Normativ
üslub orfoepiyanın əsasını təşkil edir.
Kitab üslubu.
Bu üslubda danışanlar, oxuyanlar sözlərin yazılışını, hərf
tərkibini əsas götürür
və belə başa düşürlər ki, sözlər nə cür yazılırsa, elə də
tələffüz olunmalıdır. Məktəblilərin, tələbələrin, radio və televiziya verilişində
çıxış edənlərin danışığında (daha çox mətn üzrə oxusunda) yazılışı tələffüzündən
fərqli olan sözlərin (məs.: atamdan,
vətəndən, yarpaqlar, komissiya, intonasiya,
ailə, gəlirsiniz, qanlı, növbətçi, dovğa və s.) yazıldığı kimi deyilməsi hallarına
təsadüf olunur. Belə deyiliş ədəbi tələffüz baxımından qüsurlu sayılır,
natiq bu
150
qəbildən olan, yəni orfoepiyası orfoqrafiyasından fərqlənən söz və qrammatik
formaları ədəbi tələffüz qaydasında söyləməli və ya oxumalıdır.
Dostları ilə paylaş: